Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask Britaniyanın baş nazirinin açıqlamasını tənqid edib

Amerikalı iş adamı və milyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində Böyük Britaniyanın baş naziri Kir Starmerin ölkədəki iğtişaşlarla bağlı açıqlamasını tənqid edib...

Poliqon-nun məlumatına görə, Starmer bildirib ki, Britaniyada baş verənlər etirazlar deyil, adi zorakılıqdır. O əlavə edib ki, hökumət məscidlərə və müsəlman icmalarına edilən hücumlara dözməyəcək.

"Bütün icmalara edilən hücumlardan narahat olmamalısan?, deyə Mask Britaniya baş nazirinin sosial şəbəkədəki yazısının altında qeyd edib.

Böyük Britaniyada miqrantlara qarşı kütləvi etirazlar və iğtişaşlar iyulun sonunda 17 yaşlı yeniyetmənin Soutportda uşaq rəqs studiyasına bıçaqla hücumundan sonra başlayıb. Hücum zamanı ümumilikdə 9 uşaq yaralanıb, onlardan üçünü xilas etmək mümkün olmayıb, həmçinin iki böyük xəsarət alıb. Hücum edən şəxs saxlanılıb və cinayət işi açılıb. Lakin polis hücumun terrorla bağlı olmadığını bildirib.

Hücumdan sonra şübhəlinin qaçqın olduğu barədə təsdiqlənməmiş məlumat yayılıb. Bunun fonunda Soutport, LondonBritaniyanın digər şəhərlərində iğtişaşlar başlayıb. İfrat sağçı "İngilis Müdafiə Liqası" təşkilatının tərəfdarları ilə polis arasında toqquşma baş verib. Daha sonra ölkənin digər şəhərlərində də iğtişaşlar yaşanmağa başlayıb. Son məlumatlara görə, 400-ə yaxın adam saxlanılıb. Avqustun 5-də Böyük Britaniyanın baş naziri iğtişaşlarla əlaqədar fövqəladə komitə toplayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar