Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR AQŞ-nin Bakı Qazma Məktəbi bp ilə Üçillik Müqavilə İmzalayıb

Beynəlxalq akkreditasiyaya malik təlim mərkəzi olan Bakı Qazma Məktəbi (Baku Drilling School) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə üç illik müqavilə imzaladığını böyük məmnuniyyətlə elan edir...

Bu müqavilə çərçivəsində Bakı Qazma Məktəbi Qazma Quyularına Nəzarət və İmmersiv(real) Simulyator təlimlərini, o cümlədən İnsan Faktoru və Heyət üçün Resursların İdarə Edilməsi üzrə təlim proqramlarını təmin edəcək. Bu proqramların əsas məqsədi həm bp, həm də onun subpodratçılarının əməkdaşları üçün təhlükəsiz və səmərəli qazma əməliyyatları ilə bağlı lazımi bilik və bacarıqları təchiz etməkdir.

Bakı Qazma Məktəbi ilə bp arasındakı bu əməkdaşlıq Xəzər regionunda istedadların inkişafı və mükəmməlliyə birgə öhdəliyi vurğulayaraq, enerji sənayesində mühüm mərhələni qeyd edir.

Bakı Qazma Məktəbinin direktoru Nəriman Mustafayev bildirmişdir: "Biz ixtisaslaşmış təlim proqramlarının təmin edilməsi məqsədilə Beynəlxalq Akkreditasiyalara malik ilk yerli təlim məktəbi kimi bp tərəfindən seçildiyimiz üçün qürur hissi duyuruq. Biz bu etimadı doğrultmağa və neft-qaz sənayesinə yüksək keyfiyyətli təlim xidmətlərini təqdim etməyə çalışacağıq".

SOCAR AQŞ tərəfindən təsis edilmiş Bakı Qazma Məktəbi sənaye tendensiyalarına uyğun olaraq neft və qaz mütəxəssisləri üçün təhlükəsizliyə əsaslanan, innovativ, effektiv və kompleks təlim proqramları təqdim edir.

Bu, Xəzər regionunda IWCF və IADC tərəfindən akkreditasiya olunmuş təlim proqramları təqdim edən qabaqcıl çoxfunksiyalı X1-platinum simulyatoruna malik müasir Qazma Tədris Mərkəzidir.

Hazırda Bakı Qazma Məktəbi müştərilərin tələblərinə uyğun hazırlanmış kurslar təqdim edir və Neft və Qaz sənayesinin müxtəlif sahələri üzrə 60-dan çox təlim kursu təklif edir.

Bakı Qazma Məktəbi və onun təlim proqramları haqqında ətraflı məlumat üçün www.bds.com.az saytına daxil olun.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Ən çox oxunanalar