Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Quliyev Fərid Vahid oğlunun şəhadətinin ildönümü qeyd edilib

2022-ci il sentyabr hadisələrində qəhrəmanlıq göstərən Quliyev Fərid Vahid oğlunun şəhadətindən 1 il ötdü...

Quliyev Fərid Vahid oğlu 07 noyabr 2003-cü ildə Qaradağ rayonu,Lökbatanqəsəbəsində anadan olub. 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılıb. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Xüsusi Təyinantlı Qüvvələrin hərbi hissələrdən birində əsgər kimi hərbi xidmət edib. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, LaçınZəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib.Quliyev Fərid Vahid oğlu 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş şəhid Əzizli Sadiq Zaur oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Şəhidin adı özünün doğulub boya başa çatdığı Lökbatan qəsəbəsində, ailəsinin yaşadığı küçəyə verilərək əbədiləşdirilib.

Şəhidin il dönümü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,İcra Hakimiyyətinin vəzifəli şəxsləri,digər idarə və müəssisə rəhbərləri və ailəsi ilə birlikdə şəhidin məzarı ziyarət olunmuş və məzarı üzərinə əklil qoyulub. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirib.Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını ziyarət iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra şəhidin il dönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak edilib.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə eləcə şəhid adının daimi uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirib.

Poliqon.info


Etiket: şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar