Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şahdağ Turizm Mərkəzi” Dövlət Turizm Agentliyinin tabeliyində qalır - Rəsmi

Nazirlər Kabinetinin son qərarı ilə yalnız “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti adlı qurum Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti isə Dövlət Turizm Agentliyinin tabeliyində qalır

Bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə Trend-in sorğusuna cavab olaraq bildirib.

O bildirib ki, "Şahdağ Turizm Mərkəzi” QSC qış mövsümündə kanat yollarının və xizək yamaclarının, yay mövsümündə isə dağ əyləncələrinin fəaliyyətinin tənzimlənməsi, il boyu balansında olan hotellerin idarə edilməsi fəaliyyəti ilə məşğuldur. QSC turizm xidməti göstərdiyindən agentliyin tabeliyində saxlanılıb.

K.Quluzadə qeyd edib ki, kompleksin tikintisinə nəzarəti həyata keçirən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti adlı qurum isə turizm xidməti həyata keçirmir. İdarəetmənin sistemliliyinin təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunma, əsas fəaliyyətdən olan gəlirlərin artırılması və xərclərin azaldılması istiqamətində işlərin görülməsi zərurəti ilə əlaqədar Nazirlər Kabinetinin 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu il iyunun 7-də verdiyi qərarla “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti və “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar siyahısına daxil edilmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay