Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskovdan İrəvana açıq təhdid: Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir....

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Ermənistanın siyasi müdrikliyinə ümid edir....

Politoloq: “ABŞ-Ermənistan münasibətlərində yaxınlaşma artdıqca Rusiyadan səslənən təhdid dolu açıqlamaların da tonu dəyişir”.

“İndiki qədər Kreml Ermənistanın addımlarına təmkinlə yanaşırdı və müxtəlif atmacalardan istifadə edirdi. Lakin Rusiya prezidentinin sözçüsünün konkret olaraq Ukraynanı misal gətirməsi o deməkdir ki, artıq Putinin komandasının Ermənistana qırmızı kart göstərməyin vaxtının çatdığını hesab edir”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiyanın Ermənistanı təhdid etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistan suveren dövlətdir, bizim üçün qardaş ölkədir, Ermənistanın siyasi müdrikliyinə ümid edirik. Peskov əlavə edib ki, Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir.

Bu açıqlamanı Rusiyanın Ermənistana qarşı təhdid xarakterli xəbərdarlığı kimi dəyərləndirmək olarmı?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Peskovun açılması Kremlin yeni yanaşmasının təzahürü kimi görülə bilər”.

Hələlik, Ermənistanda bu açıqlamalara təmkinlə yanaşıldığını vurğulayan politoloq Poliqon-a bildirib ki, artıq İrəvan da bu tipli açıqlamalara öyrəşib:

ABŞ-Ermənistan münasibətlərində yaxınlaşma artdıqca Rusiyadan səslənən təhdid dolu açıqlamaların da tonu dəyişir. Xüsusən, ABŞ-Ermənistan hərbi təlimlərinin başa çatması, Pentaqonun nümayəndəsinin Ermənistanın silahlı qüvvələrində vəzifə tutacağı ilə bağlı verilən məlumat Moskvanın narahatlığını daha da artırır. Bununla yanaşı Rusiya xarici işlər nazirliyinin rəsmilərindən, eyni zamanda Kreml rəsmilərindən hədə dolu bəyanatlar eşidirik.

İndiki qədər Kreml Ermənistanın addımlarına təmkinlə yanaşırdı və müxtəlif atmacalardan istifadə edirdi. Lakin Rusiya prezidentinin sözçüsünün konkret olaraq Ukraynanı misal gətirməsi o deməkdir ki, artıq Putinin komandasının Ermənistana qırmızı kart göstərməyin vaxtının çatdığını hesab edir.

Həmçinin, Rusiyanın bu tonu ABŞ seçkiləri ilə bağlıdır. Artıq sirr deyil ki, Tramp adminstrasiyası hakimiyyətə gələrsə, xarici siyasətdə ciddi dəyişikliklər baş verə bilər. Məlumdur ki, Tramp Avropa və Cənubi Qafqaz məsələlərinə indiki adminstrasiya qədər diqqət göstərməyəcək. Yəni Ermənistan Tramp adminstrasiyası dövründə ABŞ üçün indiki dəyərə malik olmayacaq. Güman edilir ki, Tramp adminstrasiyası hakimiyyətə gələcəksə, Ermənistan ABŞ-dan indiki dəstəyi ala bilməyəcək. Eyni zamanda, ABŞ indiki kimi Ermənistana təhlükəsizlik təminatı verə bilməyəcək. Ermənistana bu qədər fəal, təmasız iqtisadi yardımlar da göstərilməyəcək.

Zaur İbrahimli: “Güman edilir ki, Tramp adminstrasiyası hakimiyyətə gələcəksə, Ermənistan ABŞ-dan indiki dəstəyi ala bilməyəcək”.

Belə şəraitdə Ermənistanda Rusiya ilə əlaqələrin yaxşılaşmasına dair fikirlər səsləndirilir. Kreml adminstrasiyası da məhz Trampın hakimiyyətə qayıtması perspektivini nəzərə alaraq, yalnız Ermənistana deyil, Rusiyaya qarşı məsafəli davranan digər ölkələrlə bağlı da bu cür xəbərdarlıqlar edir. Rusiya sanki demək istəyir ki, Bayden Administrasiyası gedəndən sonra həmin ölkələr köməkçisiz vəziyyətdə qala bilərlər. Bu zaman da Kreml indiki məsafəli atılan addımları unutmayacaq. Bunun da revanşı və ağır nəticələri ola bilər.

Məhz Peskovun açılması da Kremlin yeni yanaşmasının təzahürü kimi görülə bilər. Hələlik, Ermənistanda bu açıqlamalara təmkinlə yanaşırlar. Artıq İrəvan da bu tipli açıqlamalara öyrənib. Lakin güman edirəm ki, ABŞ-daki prezident seçkiləri yaxınlaşdıqca, kimin şanslarının yuxarı olmasından asılı olaraq, Kremlin bu açıqlamalarını İrəvan buna uyğun dəyərləndirəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar