Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiçik Kennedi: Bayden hakimiyyətdən imtina etməklə reputasiyasını ləkələdi...

ABŞ prezidenti Co Bayden seçki yarışından vaxtında geri çəkilməməklə öz reputasiyasını ləkələyib...

Poliqon xəbər verir ki, bu fikirləri siyasətçi, kiçik Robert Kennedi CBS televiziyasına müsahibəsində deyib.

Aparıcının Baydenin amerikalılara müraciətində seçki yarışından çəkilmək qərarına adekvat izahat verib-vermədiyini soruşduqda kiçik Kennedi mənfi cavab verib.

"Hesab edirəm ki, o, son bir ildə hakimiyyətdən imtina etməklə öz reputasiyasını və karyerasını ləkələdi", deyə Kennedi bildirib.

Prezidentliyə müstəqil namizəd olan kiçik Robert Kennedi həminin bildirib ki, böyük ehtimalla Donald Tramp ABŞ-ın növbəti prezidenti olacaq. O, ölkədə inqilabın gözlədiyini də bildirib: "Məsələ ondadır ki, bu, idealizmə, yoxsa qaranlıq, reqressiv qüvvələrə əsaslanacaq. Seçim bizimdir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparır. İyulun 13-də Tramp Pensilvaniyada seçkiqabağı mitinq zamanı həyatına qəsddən sağ çıxıb. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar