Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

İran Prezidentinə qarşı klanların cəbhə almağa başladığı bildirilir...

Politoloq: “İranın daha açıq və islahatlara meyilli olması təəssüratı yaranmalıdır. Lakin buna baxmayaraq İranın daxilində bu proseslərə müqavimət göstərən qüvvələr də var”.

“Müqavimətin arxasında duran qüvvələr də kifayət qədər ciddidir. Çünki İran dövlətinin daxilində də müxtəlif qüvvələr və klanlar var”.

Bu sözləri politoloq İlyas Hüseynov İran prezidentinə qarşı başlanan cəbhəni Poliqon-a şərh edərkən qeyd edib.

İran Prezidenti Məsud Pezeşkiana qarşı klanların cəbhə almağa başladığı bildirilir. Onun seçkidən sonra konstitusiyada dəyişikliklərin olacağı ilə bağlı vədi artıq müqavimətlə üzləşib. Bəzi ekspertlərin fikrincə, M.Pezeşkianın bu məsələdə işi çətindir. Çünki İran siyasi sistemində ona düşmən mövqeyi ilə seçilən şəxslərin sayı çoxdur.

Bəs, İran prezidentinə qarşı bu cür müqavimətin olması normaldırmı və Pezeşkian öz vədlərini yerinə yetirə biləcəkmi?

İranın daxilində baş verən prosesləri Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İranın daxilində bu proseslərə müqavimət göstərən qüvvələr də var. Bu da İranın nə qədər ziddiyyətli, çətin və müşkül dövlət idarəçiliyinin olmasından xəbər verir”.

İran daxilində bu ziddiyyətlərin, çəkişmələrin çox böyük zaman alacağını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İranın siyasi sistemində bir-birinə antoqonist mövqedə duran qüvvələrin hələ debatları və fikir fərqlilikləri bundan sonra daha çix görünməyə başlayacaq:

İranda keçirilən prezident seçkilərindən sonra qalib gələn Məsud Pezeşkian bir çox vədləri mövcud idi. Məhz bu vədlər sayəsində demək olar ki, Pezeşkian prezident seçilikdən qalib gəldi. Lakin bu vədlər daha çox daxili siyasətin gücləndirilməsi, İrana qarşı beynəlxalq mövqeyin yumşaldılması, islahatların mövcudluğu, İranın nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsi prosesini əhatə edir. Bunlar da kifayət qədər ciddi məsələlərdir.

İran prezidenti ilk növbədə İran haqqında müsbət rəyin formalaşmasına çalışacaq. Bunun üçün də İranın siyasi sistemində dəyişikliklər edilməlidir. İranın daha açıq və islahatlara meyilli olması təəssüratı yaranmalıdır. Lakin buna baxmayaraq İranın daxilində bu proseslərə müqavimət göstərən qüvvələr də var. Bu da İranın nə qədər ziddiyyətli, çətin və müşkül dövlət idarəçiliyinin olmasından xəbər verir.

İlyas Hüseynov: “Konstitusion islahatlar da daxil olmaqla hakimiyyətin bütün eşalonlarında ümumi dəyişikliklər onların mövqelərini sarsıda bilər”.

Qeyd edim ki, müqavimətin arxasında duran qüvvələr də kifayət qədər ciddidir. Çünki İran dövlətinin daxilində də müxtəlif qüvvələr var. Bu qüvvələrin özünün bu və digər formada şəxsləri dövlət idarəçiliyini həyata keçirirlər. Konstitusion islahatlar da daxil olmaqla hakimiyyətin bütün eşalonlarında ümumi dəyişikliklər onların mövqelərini sarsıda bilər. Çünki oturuşmuş bir sistem mövcuddur və bu sistemdə müəyyən korrektələr, dəyişikliklər, islahatlar həm də onlar üçün çox acınacaqlı nəticələr verə bilər.

Bu baxımdan, İran daxilində bu ziddiyyətlər, çəkişmələr çox böyük zaman alacaq. İranın siyasi sistemində bir-birinə antoqonist mövqedə duran qüvvələrin hələ debatları və fikir ayrıseçkilikləri çox zaman görünəcəkdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Ən çox oxunanalar