Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Suriya arasında münasibətlərin normallaşması mümkündür?

Kremldə Rusiya və Suriya prezidentləri Vladimir Putinlə Bəşər Əsəd arasında görüş keçirilib...

Politoloq: “İllər sonra Ərdoğanın Bəşər Əsədə barış mesajlar göndərməsi və Əsədin buna etinasız yanaşmasından görünən odur ki, Suriyadakı vəziyyət Rusiyanı hərəkətə keçirib”.

“Türkiyənin nəzarətində olan əraziləri geri qaytaracağına inanmıram. Bu, uzun və gərgin prosesdir və Türkiyənin təhlükəsizliyi təmin olunmadan çətin ki, baş tutsun. Türkiyə sadəcə Suriya ilə əlaqələrdə Misirlə olduğu kimi yumşaltma yaratmaq istəyir”.

Bu sözləri politoloq Azər Qasımov Suriya və Türkiyə arasında baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Kremldə RusiyaSuriya prezidentləri Vladimir Putinlə Bəşər Əsəd arasında görüş keçirilib. Yayılan xəbərlərdə görüşün ticarət və iqtisadi əlaqələrin müzakirəsi ilə bağlı olduğu bildirilib. Lakin Kremlin bu görüşü Türkiyə və Suriya liderlərini görüşdürmək və barışdırmaq planını həyata keçirmək üçün təşkil etdiyi düşünülür. Belə ki Kreml bölgədə vasitəçi rolunu gücləndirmək istəyir.

Bilirik ki, Suriya tərəfi Türkiyədən öz ordusunu şimal ərazilərindən çıxarılmasını tələb edir. Bu tələb yerinə yetirilmədən iki ölkə arasında əlaqələrin qurulmasını mümkün hesab etmək olar?

Rusiyanın Suriya və Türkiyə arasındakı vasitəçilik səylərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiya düşdüyü çətin durumda tək-tük ona dost qalmağı bacaran iki ölkənin arasında barışdırıcı missiyaya başlamaqla öz mövqelərini gücləndirmək istəyir”.

Suriyanın Türkiyə ilə gərginliyi uzun müddət saxlamaq gücündə olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Rusiyanın da gələcəyi qaranlıqdır:

Suriyada məlum proseslər başlayanda Türkiyə bundan məharətlə istifadə etdi. Sərhədlərindəki PKK terrorçularını bundan istifadə edib təmizləmək şansı qazandı. Amma bunu məcburiyyət qarşısında etdi. Məsələ onda idi ki, Türkiyə sərhədlərində yaşayan Türkmən əhalinin müdafiəsinə qalxmağa borclu idi. Çünki Bəşər Əsəd onlara qarşı soyqırımına başlamışdı. Həmin əhali də Türkiyəyə pənah gətirmişdi. Türkmənlərin böyük əksəriyyəti Əsəd rejiminə qarşı müharibəyə qalxmışdı. Türkiyə İdlib, Afrində və digər ərazilərdə əməliyyatlar keçirməklə PKK terrorunu sərhəddindən kənara ataraq terrorun kökünü böyük ölçüdə quruda bildi. İdlibdə Suriya ordusu ilə böyük müharibə oldu və Türk ordusu Əsədin ordusunu darmadağın etdi. Bundan sonra artıq iki ölkə arasında körpülər tamamı ilə yandırıldı.

İllər sonra Ərdoğanın Bəşər Əsədə barış mesajlar göndərməsi və Əsədin buna etinasız yanaşmasından görünən odur ki, Suriyadakı vəziyyət Rusiyanı hərəkətə keçirib. Rusiya düşdüyü çətin durumda tək-tük ona dost qalmağı bacaran iki ölkənin arasında barışdırıcı missiyaya başlamaqla öz mövqelərini gücləndirmək istəyir.

Azər Qasımov: “Putin-Əsəd görüşündən sonra Türkiyə ilə əlaqələrin bərpa olunması yolunda addımlar atılacaq”.

Türkiyənin nəzarətində olan əraziləri geri qaytaracağına inanmıram. Bu, uzun və gərgin prosesdir və Türkiyənin təhlükəsizliyi təmin olunmadan çətin ki, baş tutsun. Türkiyə sadəcə Suriya ilə əlaqələrdə Misirlə olduğu kimi yumşaltma yaratmaq istəyir. Ancaq Suriyadan türk ordusunu çıxarmaq məsələsini açıq saxlamaqla. Suriya onsuz da çıxılmaz vəziyyətdədir.

Suriya Türkiyə ilə gərginliyi uzun müddət saxlamaq gücündə deyil. Rusiyanın da gələcəyi qaranlıqdır. Hesab edirəm ki, Putin-Əsəd görüşündən sonra Türkiyə ilə əlaqələrin bərpa olunması yolunda addımlar atılacaq. İlk növbədə iqtisadi əlaqələr ilk növbədə bərpa oluna bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar