Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Harrislə debatdan imtina edib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrislə debatdan imtina edib...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bu barədə Trampın sözçüsü Stiven Çenq bildirib.

Trampın mətbuat katibinin sölərinə görə, debat planları demokratlar öz namizədləri ilə bağlı rəsmi qərar verənə qədər yekunlaşa bilməz.

"Harrislə tədbirlər planlaşdırmaq yersiz olardı, çünki Demokratlar fikirlərini dəyişə bilər", deyə Stiven Çenq bildirib.

Qeyd edildiyi kimi, Demokratlar avqustun 7-dən əvvəl Harris və onun vitse-prezidentliyə namizədlərini faktiki olaraq irəli sürməyə hazırlaşırlar. O, indi Demokratların prezidentliyə elan edilmiş yeganə namizədidir və demək olar ki, bütün aparıcı partiya xadimlərinin dəstəyinə malikdir.

İyunun 27-də Trampla ABŞ-ın hazırkı prezidenti Co Bayden arasında keçirilən debat respublikaçıların xeyrinə olub və demokratlara zərbə vurub. Prezidentin zəif performansı partiyada onun yaşı və Trampı məğlub etmək bacarığı ilə bağlı çaxnaşmaya səbəb olub ki, nəticədə Baydeni yarışdan çıxıb və Harrisi namizəd göstərib.

Cümə axşamı vitse-prezident Donald Trampla debata hazır olduğunu bildirib və onu sentyabrın 10-da ABC News-un ev sahibliyi edəcəyi tədbirlə bağlı razılaşmadan geri dönməkdə günahlandırıb.

Nəşr xatırladıb ki, Bayden və Tramp arasında ikinci debat sentyabrın 10-da baş tutmalı idi. Bu, prezident yarışı tərk etməmişdən əvvəl razılaşdırılıb. Bununla belə, çərşənbə axşamı Tramp Harrislə debata razılaşsa da, qəfildən elan edib ki, moderatoru dəyişmək istəyir - ABC News əvəzinə, mühafizəkar və daha əlverişli Fox News istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar