Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixaylo Podolyak: Biz Rusiya ilə danışıqlara hazırıq...

Çin Rusiyanın başlatdığı müharibənin qlobal gündəm üçün aktuallığını itirməsində maraqlıdır, Ukrayna isə danışıqlar prosesinə hazırdır...

Poliqon Kanal 24-ə istinqadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak xarici işlər naziri Dmitri Kulebanın Çin Xalq Respublikasına səfərini şərh edərkən bildirib.

"Çin bu gün qlobal və siyasi mənada oynadığı rolu tamamilə aydın başa düşür. Təbii ki, Çin münaqişənin (Ukraynadakı müharibə) artıq qlobal gündəm üçün aktuallığını itirməsində maraqlıdır. Niyə? Çünki bu, yeni qaydaları pozur. Pekin təkcə Rusiya tərəfini dinləməyə hazır olduğunu nümayiş etdirir. İndi isə Çin qlobal oyunçu kimi Ukraynanı dinləməyə hazır olduğunu nümayiş etdirir", deyə Mixaylo Podolyak bildirib.

Ukrayna rəsmisi danışıqlara hazır olduqlarını bildirib:

"Mən cənab Kulebanın sözlərinə istinad edəcəyəm. O, tamamilə haqlıdır - bəli, biz danışıqlar prosesinə hazırıq. Yəni Ukraynanı təkcə müharibə istəməkdə ittiham etmək olmaz. Birincisi, biz müharibəyə başlamamışıq. İkincisi, bizim ekspansionist niyyətimiz yox idi. Yeganə təcavüzkar Rusiyadır. Bununla belə, biz ədalətli şərtlərlə danışıqlar prosesinə hazırıq. Həqiqətən davamlı, ədalətli sülhə səbəb olacaq şərtlərlə. Rusiya onlara hazır deyil".

Qeyd edək ki, bundan əvvəl Çexiya prezidenti Petr Pavel Rusiya və Çin masa arxasında olmasa, Ukraynadakı müharibə ilə bağlı heç bir sülh razılaşmasının əldə edilməsinin mümkün olmayacağını bildirib.Onun sözlərinə görə, Çin kimin daha böyük orduya və ya iqtisadi gücə malik olduğuna görə deyil, dünyanın qaydalar əsasında sülh yolu ilə tənzimlənməsi üçün daha çox məsuliyyət daşımalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar