Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Harris qarşısındakı şansları...

Son sorğuların göstəricilərinə görə Harris artıq Trampı qabaqlayır...

Politoloq: “Harrisin önə çəkilməsi o deməkdir ki, Demokratların hesablamaları onun üzərindədir”.

“Kamala Harrisin seçki kompaniyasına 24 saat ərzində təxminən 80 milyon dollardan çox ianə yığılıb. Bu da o deməkdir ki, qısa müddət ərzində Harrisin tərəfdarları çoxalmağa başlayıb”.

Bu sözləri politoloq Samir Hümbətov Kamala Harrisin Donald Trampı üstələməsi Poliqon-a şərh edərkən qeyd edib.

Amerikada keçirilən son sorğulara görə Harris artıq Trampı qabaqlayır və bəzi məlumatlara görə bu da Trampı çox narahat edir.

Seçkiyə 3 aydan çox qaldığı bir müddətdə Demokratların namizəd dəyişməsi Trampın yenidən Ağ Evə köçməsini əngəlləyə bilərmi və 2016-cı ildə qadına qalib gələrək prezident olan Trampın yenidən bir qadın qarşısında şansları necə görünür?

ABŞ-da keçiriləcək prezident seçkisini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Gedişat onu göstərir ki, Harris Trampa qalib gələ bilər”.

Trampın artıq bir seçkidə qalib gəldiyini və ölkəni idarə etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu seçkilər də gərgin mübarizə ilə yadda qalacaq:

ABŞ-da prezident seçkilərinin keçirilməsinə üç aydan çox vaxt var. Bu müddət ərzində bütün kartlar dəyişə bilər. Baydenin geri çəkilməsi, onun öz ağlının məhsuludur. ABŞ dövlətinin ısasını təşkil edən iki əsas sütundan biri olan Demokralar Partiyası yeni idarəetmə sistemində Baydeni görmək istəmədi və o da bunu hörərək yarışı tərk etdi.

Kamala Harris kifayət qədər həm cavandır, həm də təcrübəli siyasətçidir. Harrisin önə çəkilməsi o deməkdir ki, Demokratların hesablamaları onun üzərindədir. Doğrudur, Tramp bir seçkidə qalib gəlib və ölkəni idarə edib. Amma görünən odur ki, bu seçkilər gərgin mübarizə ilə yadda qalacaq.

Samir Hümbətov: “Hələ ki, hadisələr müxtəlif formada cərəyan edir”.

Kamala Harrisin seçki kompaniyasına 24 saat ərzində təxminən 80 milyon dollardan çox ianə yığılıb. Bu da o deməkdir ki, qısa müddət ərzində Harrisin tərəfdarları çoxalmağa başlayıb. Düşünürəm ki, bu gün seçkinin nəticəsindən danışmaq tezdir. Amma gedişat onu göstərir ki, Harris Trampa qalub gələcək.

Bu vəziyyət Trampı da narahat edir. Ancaq bu seçki kompaniyasıdır və seçkidə qalibin kim olacağını təbii ki, namizədlərin çıxışları, onlara dəstək verən qüvvələrin apardığı mübarizə və elektoratın mövqeyi müəyyən edəcək. Hələ ki, hadisələr müxtəlif formada cərəyan edir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Ən çox oxunanalar