Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın iclası keçirilir

Bu gün Bakıda Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası işə başlayıb...

İclasda iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Nikola Selakoviçin görüşündə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, ötən dövrdə ikitərəfli əlaqələrin inkişafı sahəsində görülmüş işlərə, Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S. Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

İki ölkə arasında 2013-cü ildə strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının, bir çox sahələr üzrə əməkdaşlıq sənədlərinin imzalandığı, dostluq və qarşılıqlı etimad əsasında əlaqələrimizin daim genişlənməkdə olduğu qeyd edilib.

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması yüksək qiymətləndirilib. Ticarət əlaqələrinin artmaqda davam etdiyi, bu ilin 6 ayında da Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin 5,24 dəfə artdığı bildirilib. Ötən dövrdə Bakı və Belqradda 12 biznes forum və işgüzar görüşün keçirildiyi, bu tədbirlərin ölkələrimizin iş adamları arasında əlaqələrin inkişafında, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasında mühüm rolu vurğulanıb.

N.Selakoviç ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinə, qarşılıqlı hörmətə əsaslanan əlaqələrinin daim genişlənməsindən məmnunluq ifadə edib, əlaqələrin gələcək inkişafı üçün davamlı işlərin aparıldığını bildirib.

İclasda müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirlib. Ticarət-iqtisadi əlaqələrinin yeni layihələr əsasında genişləndirilməsi, enerji, nəqliyyat-logistika, əmək və sosial müdafiə, kənd təsərrüfatı, təhsil və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar