Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rabitəbank” müştərilərin cibinə girir? – Şikayət

Şikayətim “Rabitəbank”dandır. Bank ay ərzində kartımda yığılan bonusları heç bir səbəb olmadan silir. Nə səbəbini göstərirlər, nə də sildikləri bonusu geri qaytarırlar...

Poliqon Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə şikayəti sözügedən bankın müştərisi Cavid Güləhmədov ictimailəşdirib. O bildirib ki, bu problemlə artıq dəfələrlə üzləşib:

“Deməli, “Rabite Bank”ın Kartmane debet kartımda iyul ayı üzrə müəyyən miqdarda ödənişlərdən gələn Cashback (Bonus) vardı. Ayın sonu oldu və göstərdi ki, artıq sizin 117 Azn bonusunuz var. Bonusu da həmin an köçürmək olmur. Avqust ayının 6-sı köçürə bilməyimə icazə var Bank tərəfindən. Bu gün, yəni ayın 6-sı keçən aydakı kimi yenə pulumdan (Bonusdan) silinmə oldu. 117 Azn bonusdan qaldı 89.10 Azn.. 27.90 Azn hara yoxa çıxdı bilmirəm. İyun ayında da belə hal olmuşdu, may ayında da.

Son 3 aydır pul silinir karta köçürülməyə icazə olan gün.

May ayında məlumat verəndə bankdan bildirdilər ki, skrişot var sübut kimi. Onda etməmişdim deyə heçnə deyə bilmədim. Ancaq bu dəfə skrin etdim. Zəng vururam, çatlarına yazıram skrini göndərirəm ki, avqustun 2-si çəkmişəm, necə olur burda 117 azn göstərir ayın 5-nə kimi. 6-sı siz icazə verirsiz həmin məbləği köçürüm kartıma, avtomatik düşür 89.10 Azn. Heç biri cavab verə bilmir.

Əvvəl bəhanə kimi sübut istədilər. İndi sübut qoyuram ortaya cavab verə bilmirlər. Ancaq ara yerdə “Rabitəbank” cibı girir”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

Banqladeşin istefa verən Baş naziri Böyük Britaniyadan sığınacaq istəyib - Yenilənib

Ən çox oxunanalar