Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın tanışı ilə mübahisə etdi, avtomobilini aşırtdı

İyulun 3-də Bakının Yasamal rayonu Kənar Dairəvi yolda avtomobilin dərəyə aşması nəticəsində bir nəfərin ölməsi, bir nəfərin isə xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az xəbər verir ki, "Cherry" markalı avtomobilin sürücüsü yanında olan qadın tanışı ilə mübahisə edərək maşını qəsdən dərədən aşırıb.

İstintaq orqanı tərəfindən sürücü istintaqa cəlb edilib və ona qəsdən adam öldürmə faktı ilə bağlı ittiham irəli sürülüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, iyulun 3-də Yasamal rayonu Kənar Dairəvi Yolda "Cherry" markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovun isə xəsarətlər alması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.

"İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib", - deyə məlumatda vurğulanıb.

Mustafa Nəcəfov iş üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və hazırda xəstəxanada müalicəsinin davam etdirilməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Ən çox oxunanalar