Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Netanyahu Vaşinqtonda NATO-nun Yaxın Şərqdə analoqunu yaratmağı təklif edib...

Politoloq: “Netanyahunun təklifi diqqət çəkir, çünki haqlı tərəfləri var”.

“Necə ki, NATO SSRİ-yə (bu gün Rusiyaya), QUAD Çinə qarşı yaradıldı, Yaxın Şərqdə yaranacaq təşkilat da İrana qarşı olacaq”.

Bu sözləri politoloq Turan Rzayev İsrailin Baş nazirinin NATO-nun Yaxın Şərqdə analoqunu yaratmağı təklifini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında NATO-nun Yaxın Şərqdə analoqunu yaratmağı təklif edib. Netanyahuya görə belə bir alyansa İsrailin təhlükəsizliyini əsas götürən istənilən ölkə qoşula bilər.

İsrailin baş nazirinin bu istəyi nədən xəbər verir və ABŞ və digər Qərb ölkələri ilə təhlükəsizlik sazişləri olan İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Mümkündür ki, Benyamin Netanyahu elə QUAD bənzəri bir təşkilatın Yaxın Şərqdə yaranmasını istəyir. Başqa sözlə desək, “Yaxın Şərq NATO-su”.

QUAD təşkilatlnın Çinin artan gücünə qarşı NATO bənzəri formata çevrilməyə qərar verdiyini xatırladan politoloq bildirib ki, QUAD-ı həm də “Asiya NATO-su” adlandırırlar:

“Netanyahunun təklifi diqqət çəkir, çünki haqlı tərəfləri var. NATO sırf artan sovet təhlükəsinə qarşı Avropa ölkələrini qorumaq üçün yaradılan müdafiə paktıdır. Bu pakt Avropa ölkələrini qoruduğu kimi, ehtimal işğal cəhdlərinin də qarşısını aldı.

ABŞ bənzər formada Asiya və Okeaniya regionunda da NATO bənzəri bir təşkilat yaradıb. Söhbət 2004-cü ildə təsis olunan QUAD (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) təşkilatından gedir. Bu təşkilat 2017-ci ilə qədər fəal olmasa da, Çinin artan gücünə qarşı NATO bənzəri formata çevrilməyə qərar verdi. Təsadüfi deyil ki, QUAD-ı həm də “Asiya NATO-su” adlandırırlar.

Mümkündür ki, Benyamin Netanyahu elə QUAD bənzəri bir təşkilatın Yaxın Şərqdə yaranmasını istəyir. Başqa sözlə desək, “Yaxın Şərq NATO-su”. Necə ki, NATO SSRİ-yə (bu gün Rusiyaya), QUAD Çinə qarşı yaradıldı, Yaxın Şərqdə yaranacaq təşkilat da İrana qarşı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar