Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Hazırda ABŞ Cənubi Qafqazda davamlı sülh istəmir...

Cozef Bayden bildirib ki, Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı yenidən formalaşdıracaq...

Kənan Novruzov: “İstənilən aktorun o cümlədən, ABŞ-ın nəinki Cənubi Qafqazda, müxtəlif regionlarda sülh prosesində səmimi olub-olmaması onun öz maraqlarının təzahürüdür”.

ABŞ başa düşür ki, hazırda Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinə təsir imkanları daha çoxdur. ABŞ onu da anlayır ki, ciddi səylər ortaya qoymasa, normallaşma prosesi ilə bağlı bunu Rusiya edəcək və perespektivdə hətta Rusiyanın vasitəçiliyilə sülh sazişinin imzalanması da istisna deyil”.

Bu sözləri politoloq Kənan Novruzov ABŞ liderinin Cənubi Qafqazla bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bildirilib ki, Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı yenidən formalaşdıracaq. Eyni zamanda Amerika lideri qeyd edib ki, sülh sazişi Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək.

Baydenin Azərbaycan və region barədə belə ifadələr işlətməsi onu deməyə əsas verirmi ki, ABŞ regionda doğrudan və səmimi şəkildə sülh istəyir? Yəni Cənubi Qafqazda tam sülh şəraitinin mövcudluğu Vaşinqtonun regional maraqlarını təmin edirmi və bu halda ABŞ-ın regiondakı maraqları Rusiya və Fransanın maraqlarından nəylə fərqlənir?

Cənubi Qafqaz ətrafında gedən prosesləri Poliqon-un əməkdaşı "Report" İnformasiya Agentliyinin əməkdaşı, politoloq Kənan Novruzovla müzakirə edib.

Kənan Novruzov: “RusiyaABŞ arasında geosiyasi savaş gedir. Bu rəqabət artıq Qafqazda da əhatə edib və çox tezliklə Mərkəzi Asiyanı da öz ağuşuna alacaq”.

Fransa Yeni Kolodeniyada etdiyini bu gün Ermənistanda etməyə çalışdığını qeyd edən politoloq Poliqon-a açıqlamasında təəssüflə bildirib ki, bunu hələ də Ermənistan hakimiyyəti anlamır:

“İstənilən aktorun o cümlədən, ABŞ-ın nəinki Cənubi Qafqazda, müxtəlif regionlarda sülh prosesində səmimi olub-olmaması onun öz maraqlarının təzahürüdür. Yəni indiki halda Cənubi Qafqazda ABŞ-a sülh lazımdırsa, maraqlarına uyğundursa, demək ABŞ səmimidir, yox ABŞ-ın maraqlarına uyğun deyilsə, demək ABŞ səmimi deyil.

Bu nöqtəyi nəzərdən düşünürəm ki, hazırda ABŞ Cənubi Qafqazda davamlı sülh istəmir. ABŞ çalışacaq müəyyən proseslərə töhvə versin. Bu nə ilə bağlıdır? Çünki məsələyə biraz daha geniş konteksdən yanaşanda görürük ki, Cənubi Qafqazda, ümumiyyətlə, dünyada böyük güclər arasında mövqe savaşı gedir. O cümlədən, Şərq və Qərbin əsas təmsilçisi RusiyaABŞ arasında geosiyasi savaş gedir. Bu rəqabət artıq Qafqazda da əhatə edib və çox tezliklə Mərkəzi Asiyanı da öz ağuşuna alacaq.

ABŞ başa düşür ki, hazırda Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinə təsir imkanları daha çoxdur. ABŞ onu da anlayır ki, ciddi səylər ortaya qoymasa, normallaşma prosesi ilə bağlı bunu Rusiya edəcək və perespektivdə hətta Rusiyanın vasitəçiliyilə sülh sazişinin imzalanması da istisna deyil. Onda nə olacaq? Rusiya Cənubi Qafqazda möhkəmlənəcək və bunun nəticəsi də olaraq ABŞ-ın tam Qafqazda müdaxilə etmək imkanları minimuma düşəcək. Bu kontekstdən məsələyə yanaşmaq lazımdır. Bu mənada mən düşünürəm ki, Vaşinqton müəyyən qədər çalışır ki, nəyəsə nail olsun və müəyyən normallaşma əlaqələrinə malik olsun, sonra desin ki, bunu mən etdim.

Kənan Novruzov: “Sülhün olması, Cənubi Qafqazda tam sabitliyin olması, o deməkdir ki, kənar gücləri regiona müdaxiləsinin qarşısı alınacaq və çat, boşluq olmayacaq. Bu halda ABŞ, Fransa və digər ölkələr region ölkələri istisna olmaqla regiona müdaxilə edə bilməyəcək”.

Eyni zamanda ABŞ bununla həm Cənubi Qafqaza gəlmək istəyir, həm də İrəvan və Bakıya müəyyən təsir rıçaqları əldə etmək istəyi. Yaxud da İrəvan üzərindəki təsir rıçaqların daha da artırmaq istəyir. Amma ABŞ-ın səmimi şəkildə sülh istədiyinə inanmıram. Çünki sülhün olması, Cənubi Qafqazda tam sabitliyin olması, o deməkdir ki, kənar gücləri regiona müdaxiləsinin qarşısı alınacaq və çat, boşluq olmayacaq. Bu halda ABŞ, Fransa və digər ölkələr region ölkələri istisna olmaqla regiona müdaxilə edə bilməyəcək.

Bu halda ABŞ-ın regiondakı mətləbi Rusiyanın maraqlarından nə ilə fərqlənir? Əslində hamısının maraqları eynidir. Nədir bu maraqlar? Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək. Bunu misal üçün Fransa necə edir? Fransa mahiyyəti, məzmunu eyni saxlayıb formanı dəyişir. Fransa bunu özünün uzun illər imperialist siyasəti ilə etmək istəyir və Yeni Kolodeniyada etdiyini bu gün çalışır ki, Ermənistanda etsin. Təəssüf ki, bunu hələ də Ermənistan hakimiyyəti anlamır. ABŞ Fransaya nisbətən məsələyə daha praqmatik yanaşır.

Bildiyimiz kimi, Rusiya ErmənistanAzərbaycanla qonşu ölkədir. Bu mənada Rusiyada durum biraz fərqlidir. Amma bu proses həm də qlobal güclərin rəqabət kontekstindən yanaşmaq lazımdır. Qərblə Rusiya təsir rıçaqlarını artırmaq maraqlarını təmin etməklə yanaşı, həm də qarşı tərəfin imkanlarını zəiflətməyə çalışırlar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar