Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub - Foto

Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən hissəsində təmir-bərpa işləri aparılıb...

Poliqon bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliynə istinadən xəbər verir.

Məlumata görə, 910 metr uzunluğa malik ərazidə müasir standartlara cavab verən yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Həmçinin boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.

Quraşdırılan yol nişanları isə ilk dəfə olaraq ikiqat bükülüb, uzunmüddətli korroziyayadavamlı və ekoloji cəhətdən təmiz materialdan hazırlanıb. Yolda hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi, işıqqaytarıcılığı maksimum dərəcədə təmin edilib.

Üstün görünmə qabiliyyətinə malik bu nişanlar sərt hava şəraitindən asılı olmayaraq uzun müddət bütöv və oxunaqlı qalır.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ən çox oxunanalar