Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Helikopter qəzası Azərbaycan-İran münasibətlərinə necə təsir göstərəcək?

İranın bəzi dairələri, o cümlədən erməni mediası helikopter qəzasına görə İsraili əsas olmadan ittiham edirlər...

Politoloq: “İran-Azərbaycan münasibətlərinin inkişafı, mövcud ziddiyyətlərin aradan qaldırılması baxımından prezidentlərin sərhəddə görüşü müstəsna əhəmiyyətə malik idi”.

İran- Azərbaycan münasibətlərində olan istiləşməni daha da genişləndirmək, inkişaf etdirmək labüddür”.

Bu sözləri politoloq İlyas Hüseynov İran-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

İran prezidentinin helikopter qəzası nəticəsində faciəvi şəkildə həyatını itirməsi bəzi spekulyasiyalara yol açmaqdadır. İranın bəzi dairələri, o cümlədən erməni mediası helikopter qəzasına görə İsraili əsas olmadan ittiham edirlər və bu ittihamlara bir çox hallarda Azərbaycan da daxil edilir.

Helikopter qəzasına görə İran tərəfindən xarici ölkələrə qarşı hər hansı bir addımın atılmasına ehtimal vermək olar və bu faciə yenicə isinişməkdə olan Azərbaycan-İran münasibətlərinə necə təsir göstərəcək?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Azərbaycanİran liderlərinin sərhəddə görüşməsi də göstərir ki, tərəflər arasında münasibətlərin inkişafı üçün siyasi iradə və qətiyyət var”.

Bu yaxınlarda Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlayacağını və başqa bir əraziyə köçürüləcəyini vurğulayan politoloq Poliqon-a bildirib ki, məhz hazırkı reallıqlarda İran-Azərbaycan münasibətlərinin inkişafı böyük bir coğrafiyaya, sülh, təhlükəsizlik, sabitlik üçün də bir töhfədir:

İran prezidentinin helikopter qəzası böyük bir faciədir və faciə nəticəsində prezident, xarici işlər naziri, İranın Şərqi Azərbaycan vilayətinin rəhbərliyinin də digər ekipaj üzvlərinin, pilotun həlak olması əlbəttə ki, böyük bir qəzadır. Bu faciəylə bağlı cənab prezident İlham Əliyev, Xarici İşlər Nazirliyi də başsağlıqlarınl İran tərəfinin diqqətinə çatdırdı. Hadisə ilə bağlı məlumat yayıldıqdan sonra ilk olaraq cənab prezident İlham Əliyev öz sosial şəbəkə hesabında məlumat paylaşdı və hadisəyə reaksiya verdi.

Qeyd edim ki, İran-Azərbaycan münasibətlərinin inkişafı, mövcud ziddiyyətlərin aradan qaldırılması baxımından prezidentlərin sərhəddə görüşü müstəsna əhəmiyyətə malik idi. Xudafərin və Qız Qalası hidroqovşaqlarının istismara verilməsinin açılışının olması, həm ölkənin enerji tələbatının ödənilməsi, həm də kənd təsərrüfatı baxımından suvarmanın formalaşması üçün çox mühüm və aktualdır. Eyni zamanda bu dostluq və qardaşlıq layihələridir.

İlyas Hüseynov: “Bu cür addımlarla, bu cür cılız yanaşmalarla Azərbaycan-İran münasibətlərinə zərbə vura bilməzlər”.

Azərbaycanİran liderlərinin sərhəddə görüşməsi də göstərir ki, tərəflər arasında münasibətlərin inkişafı üçün siyasi iradə və qətiyyət var. Mühüm mesaj da bundan ibarətdir ki, bu dostluq görüşüdür. Kim bizim dostluğumuzu qəbul etmirsə, onda onlar öz işlərilə məşğul ola bilər və öz riyakar addımlarından çəkinməlidirlər.

Onu da vurğulayım ki, bu qəzayla bağlı məkrli fikirlərini, mülahizələrini, senarilərini, ehtimallarını irəli sürməklə müxtəlif media orqanları da öz çirkin xislətini biruzə verirlər. Lakin anlamalıdırlar ki, bu cür addımlarla, bu cür cılız yanaşmalarla Azərbaycan-İran münasibətlərinə zərbə vura bilməzlər. Çünki bu yaxınlarda Azərbaycanın Tehrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq və başqa bir əraziyə köçürüləcək. Təhlükəsizlik təmin olunacaq və məhz hazırkı reallıqlarda İran-Azərbaycan münasibətlərinin inkişafı böyük bir coğrafiyaya, sülh, təhlükəsizlik, sabitlik üçün də bir töhfədir. İran- Azərbaycan münasibətlərində olan istiləşməni daha da genişləndirmək, inkişaf etdirmək labüddür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar