Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: Makron ABŞ-ın xoşuna gəlmək üçün açıqlamalar verir

“Fransa prezidenti Emmanuel Makron Vaşinqtonun xoşuna gəlmək və NATO müttəfiqlərini təxribata çəkmək üçün Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı açıqlamalar verir”...

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-ın baş direktoru Andrey Kondraşova müsahibəsində deyib.

“Fransa prezidenti Makronun son bir neçə il ərzində hansısa strateji muxtariyyət yaratmaqla bağlı bütün söhbətləri “boş” olduğu ortaya çıxdı. Hazırda heç kim bu barədə düşünmür. İndi Makronun Ukraynaya quru qoşunlarını göndərmələrinin mümkünlüyündə israr etməsinə baxmayaraq, söhbət artıq strateji muxtariyyətdən deyil, ABŞ-ı sevindirməkdən, eyni zamanda NATO-nun özündə müttəfiqləri təxribata çəkməkdən gedir”, - deyə o əlavə edib.

Lavrov vurğulayıb ki, Baltikyanı ölkələrdə siyasətçilər və gənc nəsil belə ideyalarla çıxış edir:

Polşada siyasətçilər yetkindirlər, lakin onlar da belə təxribatçı oyuna hazırdırlar. Almaniyada kansler Olaf Şolts hələ də ən azı bir qədər ehtiyatlı davranır. Lakin Parisin Ukraynada NATO qoşunlarının yerləşdirilməsi mövzusunun təxribatı, digər məsələlərlə yanaşı, Fransa-Almaniya rəqabəti kontekstində onun Avropa İttifaqındakı mövqeyini sarsıtmaq məqsədi daşıyır.

Orada çox şey var. Belə bir mübahisəli təşkilat. İlk növbədə onların xalqlarının, dövlətlərinin milli maraqları deyil, şəxsi siyasi, eqoist planları, istəkləri, intriqaları gəlir. Bu kədərlidir”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Ən çox oxunanalar