Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ATƏT xarici işlər nazirlərinin iclasında iştirakdan imtina edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ATƏT-in xarici işlər nazirlərinin iclasında iştirak etməyəcək

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko bildirilib.

Qeyd olunub ki, Kiyev Rusiyanın mövqeyinə görə toplantını boykot edəcək.

O.Nikolenkonun sözlərinə görə, Rusiya ATƏT-i məhv edir: “Moskva şantaj və açıq təhdidlərə əl ataraq, sistematik olaraq əsas məsələlərdə konsensusa mane oldu. Estoniyanın 2024-cü ildə ATƏT-in sədrliyinə namizədliyinin qarşısının alınması da özbaşınalıq olub. Bundan əlavə, Rusiya 500 gündən çox həbsdə olan üç ukraynalı - ATƏT nümayəndələrini qanunsuz olaraq saxlayıb”.

XİN rəsmisi bildirib ki, Rusiya ATƏT-də ekzistensial böhran yaradıb, təşkilatı öz şıltaqlığının və aqressiyasının girovuna çevirib: “Bütün bunlara baxmayaraq, Rusiyanın iclasda iştirakı ATƏT-dəki böhranı daha da dərinləşdirəcək”.

Qeyd edək ki, ATƏT XİN başçılarının iclası noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.

Poliqon.info 


Etiket: İclas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar