Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken Çin liderini diktator hesab edib-etməməsi ilə bağlı suala cavab verməkdən imtina edib

ABŞ dövlət katibi Entoni Blinken Çin prezidenti Si Tszinpini Amerika lideri Co Bayden kimi diktator hesab edib-etməməsi barədə suala birbaşa cavab verməkdən yayınıb...

Poliqon xəbər verir ki, bu sual ona ABC televiziyasına müsahibəsi zamanı verilib.

Teleaparıcı Blinkendən Si Tszinpini diktator hesab edib-etmədiyini soruşub. Jurnalist noyabrın 15-də çinli həmkarı ilə görüşdən sonra Baydenin mətbuat konfransında onu diktator adlandırdığı zaman kameraların dövlət katibinin üzündəki ağrılı ifadəni necə qeydə aldığını xatırladıb.

Lakin dövlət katibi bu suala birbaşa cavab verməkdən yayınıb. Onun sözlərinə görə, ABŞ və Çin çox fərqli siyasi sistemlərə malikdir.

"Və prezident Bayden həmişə danışır və hamımız üçün danışır", deyə Blinken bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında ikitərəfli görüş keçirilib. İki lider arasında danışıqlar 2,5 saatdan az davam edib.

Si Tszinpin Co Bayden ilə görüşü zamanı ABŞ və Çin arasındakı münaqişənin hər iki ölkə üçün dözülməz nəticələrə səbəb ola biləcəyini deyib. Çin liderinin sözlərinə görə, dövlətlər arasında rəqabət üstünlük təşkil edən tendensiya olmamalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar