Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər və idman naziri federasiya nümayəndələri ilə görüşüb

Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 11-ci görüşü keçirilib...

"Report"un məlumatına görə, Şəki Olimpiya İdman Kompleksində baş tutan tədbirdə nazir son iki ay ərzində qazanılan idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb.

Ənənəyə uyğun olaraq, hər iki aydan bir keçirilən görüş ikinci dəfədir ki, paytaxtdan kənarda təşkil edilir. Fərid Qayıbov qeyd edib ki, görüşlərin Olimpiya İdman Komplekslərində keçirilməsi həm federasiya nümayəndələrinin bölgələrdə öz idman növlərinin fəaliyyətini yaxından izləmək, həm də komplekslərin imkanları ilə yerində tanış olmaq baxımından faydalı olar.

İclasın gündəliyinə əsasən, 2024-cü il üçün “Ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament”ə uyğun olaraq nümunəvi əsasnamə haqqında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları haqqında təqdimat dinlənilib. Görüşdə həmçinin federasiyaların Mərkəzləşdirilmiş Reyestr sistemində cari vəziyyəti və tibbi məsələlər, regionlarda keçirilən turnirlər, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq və digər mövzularda fikir mübadiləsi aparılıb, idman federasiyalarının sosial media fəaliyyətləri haqqında məlumat verilib.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Ən çox oxunanalar