Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib...

 

“Report”un məlumatına görə, tədbir Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmanının gündən-günə inkişaf etdiyini bildirib:

“Atçılıq idman növünün inkişafındakı əməyinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyası rəhbərliyinə təşəkkürümü bildirirəm. Yarışla bağlı Azərbaycana təşrif buyuran bütün qonaqlara xoş gəlmisiniz deyirəm”.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qonaqları salamlayıb: “Çövkən üzrə dünya çempionatının və cıdır yarışının tamaşaçılar tərəfindən maraqla qarşılanacağı indidən görünür. Sevindirici haldır ki, bu yarışlar milli cins atların qaçışı ilə təşkil olunacaq. Atçılıq sahəsi istiqamətində görülən işlər nazirlik üçün prioritet məsələlərdən biridir”.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Sonda iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

Qeyd edək ki, bu gün çövkən üzrə dünya çempionatına start veriləcək. İlk gündə 3 oyun keçiriləcək.

Mötəbər yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri də iştirak edəcəklər. Festivalda milli cins atların - Qarabağ və Dilbaz atlarının iştirakı ilə noyabrın 7-də cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq. Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar