Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib - Yenilənib

Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilib...

Poliqon xəbər verir ki, toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak edib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Daha sonra çıxış edən K.Əliyev təşkilat tarixində ilk dəfə olaraq yüksək səviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edərək mötəbər iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.

MDB İcraiyyə Komitəsinin məsul əməkdaşı çıxış edərək təşkilati məsələlərlə bağlı məlumat vermişdir.

İclasda Belarus Respublikasının Baş prokuroru Andrey İsveç təmsil etdiyi qurumun narkotik alverçilərinin göstərişi ilə vətəndaşlara qarşı zorakılıq xarakterli cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təcrübəsi, Qazaxıstan Respublikasının Baş Prokuroru Berik Asılov Qazaxıstan prokurorluğunun cinayət prosesində vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi üzrə təcrübəsi, Qırğızıstan Respublikasının Baş prokuroru Zuluşev Toktoralyeviç yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində Qırğızıstan Respublikası prokurorluğunun təcrübəsi, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov dövlət əmlakının mühafizəsində prokurorluğun rolu haqqında, Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmon isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Tacikistan Respublikası prokurorluğunun fəaliyyəti haqqında, Özbəkistan Respublikasının Baş prokuroru Niqmatılla Yuldaşev isə “Sahibkarlıq subyektləri və özəl investorlar üçün yaradılan geniş imkanlar” mövzusunda çıxışlar edib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev beynəlxalq tədbirdə “Beynəlxalq hüquqi əməkdaşlıq - Azərbaycan Respublikası prokurorluğunun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi” mövzusunda çıxış edib.

Daha sonra, MDB-yə üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə “MDB ölkələrinin fəxri prokuroru” döş nişanı və təşkilat çərçivəsində fəaliyyəti qiymətləndirilən digər şəxslərə müvafiq mükafatlar təqdim edilmişdir.

Tədbirdə Əlaqələndirmə Şurasının 33-cü iclasının gündəliyində duran aktual məsələlər, o cümlədən növbəti iclasın keçirilmə yeri və vaxtı, habelə digər təşkilati məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilərək iştirakçılar tərəfindən imzalanıb.

Sonra xatirə şəkli çəkilib.

***

“Report” xəbər verir ki, toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın baş prokurorları, MDB Baş Prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də, MDB Katibliyi və MDB-nin Antiterror Mərkəzinin məsul şəxsləri iştirak edirlər.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Daha sonra çıxış edən K.Əliyev təşkilat tarixində ilk dəfə olaraq yüksəksəviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edib.

O, iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.

Fotolar

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Telefonunuzu bu yerlərdə şarj etməyin - Təhlükəlidir

İsrailin müdafiə naziri: Kim bizə hücum etməyə cəsarət etsə, əvəzini ağır ödəyəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay