Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATF prezidenti: “Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq”

“Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq".

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bu məsələ müzakirə olunur:

“İştirakçılar da öz fikirlərini bildirəcəklər. İdmançıları dinləyəcəyik ki, hansısa nöqsan varsa, aradan qaldıraq. Əminəm ki, gələn il ölkə çempionatı daha yüksək səviyyədə keçiriləcək və bundan da çox idmançı iştirak edəcək”.

Qurum rəhbəri hazırda davam edən ölkə çempionatı ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd triatlonu Azərbaycanda tanıtmaqdır:

“Çox sevindirici haldır ki, Azərbaycanın gənclər paytaxtı Mingəçevirdə ölkə çempionatı keçirilir. Triatlon üzmək, velosiped sürmək və qaçmaqdan ibarətdir. Buna baxmayaraq, bugünkü yarışda 100 iştirakçı var. Onun 41 nəfəri yeniyetmədir. Federasiya olaraq qarşımıza qoyulan hədəflərdən biri triatlonu ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Ən vacibi yerli idmançıları yetişdirməkdir”.

 
Federasiya prezidenti bölgələrdə triatlonun inkişafı üçün əllərindən gələni etdiklərini vurğulayıb:

“Mən federasiya prezidenti vəzifəsinə gələndə idmançılarımızın sayı çox az idi. Qarşımıza qoyulan hədəflərə uyğun olaraq regionlardan uşaqlar cəlb edirik. Bir ay ərzində Sumqayıtdan 4 idmançı cəlb olundu. Cənab Prezident İlham Əliyev tərəfindən regionlardakı Olimpiya İdman Komplekslərində yüksək səviyyədə şərait yaradılıb. Məşqçilərlə birlikdə komplekslərdə düzgün sistem qurmaq istəyirik ki, uşaqların bu idman növünə marağı olsun”.

Fərid Fərhadzadə əlavə edib ki, Azərbaycan triatlonçusu Rastislav Pevtsova böyük ümidlər var:

“Hazırda bir legionerimiz var, Rastislav Pevtsov. Onun Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacağına inanırıq”.

Poliqon.info 


Etiket: ATF prezidenti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar