Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Son 10 ildə 2,5 milyondan çox insan suda boğulub

Ümumdünya Səhiyyə Təşkilatı 25 iyul Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü ilə bağlı hesabat dərc edib.

Poliqon xəbər verir ki, ÜST son 10 ildə 2,5 milyondan çox insanın suda boğulduğunu bildirib.

Hesabatda deyilir ki, məktəbəqədər uşaqlar üçün uşaq bağçalarına sərmayə qoymaq və məktəb yaşlı uşaqlara ilkin üzgüçülük təlimləri vermək milyonlarla insanın həyatını xilas edə bilər:

"Boğulma, qiymətləndirilməyən, lakin ölümcül bir ictimai sağlamlıq problemidir. Son 10 ildə 2,5 milyondan çox insan suda boğulub. Narahatedici məqam odur ki, bu hadisələrin təxminən 90 faizi aşağı və orta gəlirli ölkələrdə baş verib. Boğulma nisbətlərinin ən yüksək olduğu 1-9 yaşlı nəsillər arasında bu sahədə təcili tədbirlər görülməsi lazımdır".

Hesabatda bildirilir ki, bu sahədə uşaqlar üçün yeni qlobal sərmayələr 2050-ci ilə qədər 774 mindən çox uşağın həyatını xilas edə və boğulma təhlükəsi ilə üzləşən 1 milyondan çox insanın qalıcı zərərinin qarşısını ala bilər.

Bundan əlavə, hesabatda qeyd olunub ki, bu investisiyalar aşağı və orta gəlirli ölkələrdə 400 milyard dollardan çox iqtisadi itkilərin qarşısını ala və yatırılan hər dollara görə təqribən 9 ABŞ dolları məbləğində məcmu fayda təmin edə bilər.

Hesabatda fikirləri yer alan ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus, boğulmaların qarşısını almaq üçün effektiv profilaktik tədbirlərin həyata keçirilməsi, investisiyaların artırılması və məlumatlılığın saysız-hesabsız həyatını xilas edə biləcəyini deyib:

"Biz ölkələrin və tərəfdaşlarımızın boğulmaların qarşısının alınmasını qlobal prioritet etmək üçün əl-ələ vermələrini gözləyirik".

Poliqon.info


Etiket: Boğulma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Ən çox oxunanalar