Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən qəribə vulkanı sürətlə yerin altına enir

Pensilvaniya Dövlət Universitetinin amerikalı alimləri aşkar ediblər ki, Tanzaniyadakı qeyri-adi “Oldoinyo Lenqai” vulkanı son 10 ildə sürətlə yerin altına enib...

Poliqon xəbər verir ki, tədqiqat Geophysical Research Letters (GRL) elmi jurnalında dərc olunub.

“Oldoinyo Lengai” vulkanı kalsium və natriumla zəngin, lakin silisium baxımından zəif olan son dərəcə maye tipli maqma növü olan karbonatit lavasını aktiv şəkildə püskürən dünyada yeganə vulkandır. Vulkan püskürdüyü zaman karbonatit maqması adi su kimi axır.

Peyk məlumatları göstərib ki, “Oldoinyo Lengai” vulkanı ildə təxminən 3,6 santimetr sürətlə yerin altında batır. 2013-cü ildən 2023-cü ilə qədər hündürlüyü 2963 metr olan vulkan 36 santimetr aşağı düşüb.

Alimlər bildirib ki, fenomenin səbəbi yanar dağının iki kraterindən birinin altında yerləşən boş su anbarı ola bilər. Alimlərin fikrincə, orbital görüntülərə görə, vulkanın şimal ventilyasiyası ətrafındakı torpaq sahəsi sabit sürətlə çökür.

Araşdırmaya görə, bu su anbarı vulkanın altında üç kilometr və ya daha dərində yerləşən daha böyük maqma gölünə birləşə bilər.

Mütəxəssislər hesab edirlər ki, “Oldoinyo Lengai” növbəti illərdə püskürməyə davam edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar