Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna zərbə endirdi və Krıma gedən quru yol bağlandı...

Ukrayna Silahlı Qüvvələrinin zərbəsi Krıma gedən quru yoldakı körpünün bir hissəsində nəqliyyatın hərəkətini dayandırıb...

Ukrayna Xerson vilayəti ilə Krım arasındakı sərhəddəki körpülərə raket zərbəsi endirib,

Poliqon xəbər verir ki. bu barədə Rusiya tərəfindən Xerson vilayətinin rəhbəri Vladimir Saldo bildirib. Saldo qeyd edib ki, yarımadadan cənub cəbhəsinə gedən ən qısa yolda hərəkət dayandırılıb.

Saldo tərəfindən yayımlanan fotoşəkillər yol körpüsünün zədələndiyini göstərir. Rusiya rəsmisi körpüdə nəqliyyatın hərəkətini “ən qısa zamanda” bərpa edəcəyinə söz verib.

Dəmir yolu körpüsünün də zədə alıb-almaması hələ tam aydın deyil. Krımın rəhbəri Sergey Aksyenovun mesajında deyilir ki, Çonqar körpüsü zədələnib. “Kommersant”ın məlumatına görə, Novoalekseevskoye-Djankoy zolağında Sivaş körfəzi üzərindən ikiyollu dəmir yolu körpüsünü, eləcə də E-105 magistralında avtomobil körpüsünü Krıma birləşdirir. Saldonun mesajında körpülərə dəyən ziyandan danışılır. Rusiyayönlü hərbi teleqram kanalı da dəmir yolu körpüsünə dəyən ziyandan yazır.

Saldonun verdiyi ilkin qiymətləndirməyə görə, körpünün vurulması üçün “Storm Shadow” raketlərindən istifadə edilib. Eyni zamanda, Krımın rəhbəri Sergey Aksyenov bildirib ki, istifadə olunan sursatın növü partlayıcı maddələr üzrə ekspertlərin ekspertizasından sonra müəyyənləşəcək.

Çonqardan keçən yol Krımdan Ukrayna ordusunun irəlilədiyi cəbhənin Zaporojye sektoruna gedən ən qısa yoldur. Wall Street Journal-ın jurnalisti Yaroslav Trofimov hesab edir ki, avtomobil və dəmir yolu körpüsünün zədələnməsi Ukraynanın cənubunda Rusiya qüvvələrinin təchizatında ciddi maddi-texniki uğursuzluğa səbəb olacaq.

Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov bildirib ki, hazırda yarımada ilə Xerson vilayəti arasında əlaqə üçün Armyanskdan keçən dolama marşrutdan istifadə olunur.

Ukrayna körpülərə hücumu şərh etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay