Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Erməni şərhçi Edik Andreasyan bildirib ki, separatçıların “başçısı” Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək...

Politoloq: “Görünən odur ki, separatçıların taleyinin Azərbaycandan asılı olduğu gerçəyi hamı kimi onlara da məlumdur. Sadəcə qalır separatçıların özlərinin bunu anlaması”.

“Separatçılar onlara verilən şansı əldən verməməli, bunu onlar üçün son şans hesab etməlidirlər”.

Bu sözləri politoloq Azər Qasımov Araik Arutunyanın Bakıya təhvil veriləcəyi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Erməni şərhçi Edik Andreasyan “Hraparak”qəzetinə bildirib ki, Qarabağda separatçıların “başçısı” Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək. Erməni şərhçi qeyd edir ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması, Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi, hadisələrin inkişafını təsəvvür etməyə imkan verir.

ABŞ tərəfindən də dəstəklənən amnistiya təklifindən sonra separatçıların taleyini necə görünür?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan dövlətinin humanizm prinsiplərindən çıxış edərək öz ərazisində yaşayan potensial vətəndaşı olmaq ehtimalı olan ermənilərə xoş məram nümayiş etdirdiyi bir məqamda onların bu imkandan istifadə etmədikləri durumda başlarına nə gələcəyini deməklə qeyri-konstruktiv mövqe bildirmək istəmirəm”.

Separatçıların özləri ilə bərabər ordakı qeyri-qanuni hərbi birləşmələrin də taleyinin acınacaqlı olacağını düşünən politoloq bildirib ki, hələlik separatçılardan konstruktiv addımlar gözləyirik:

Azərbaycanın yaratdığı reallıqlar qarşı tərəfin öz taleyinin necə olacağı ilə əlaqəli fikirləri onların təxəyyülündə canlandırır. Görünən odur ki, separatçıların taleyinin Azərbaycandan asılı olduğu gerçəyi hamı kimi onlara da məlumdur. Sadəcə qalır separatçıların özlərinin bunu anlaması. Əslində, onlar bunu hamıdan öncə anlayıblar, amma geri çəkilməyə yolları yoxdur.

Doğrudur, Azərbaycan Prezidenti onlar üçün işıq yolu açdı. Onlara ümid işığı verdi ki, əməllərindən əl çəksələr bağışlanıla bilərlər. Bu mesajı ABŞ da qəbul etdi. Qalır separatçıların özləri. Baxıb, görəcəyik ki, separatçılar öz talehlərinin necə olacağına hansı qərarı verəcəklər. Azərbaycanda sülh şəraitində yaşamaq yolunu seçəcəklər, yoxsa məhv olunmaq yolunu.

Azər Qasımov: “Baxıb, görəcəyik ki, separatçılar öz talehlərinin necə olacağına hansı qərarı verəcəklər”.

Hesab edirəm ki, separatçılar onlara verilən şansı əldən verməməli, bunu onlar üçün son şans hesab etməlidirlər.

Təbii ki, Azərbaycan dövlətinin humanizm prinsiplərindən çıxış edərək öz ərazisində yaşayan potensial vətəndaşı olmaq ehtimalı olan ermənilərə xoş məram nümayiş etdirdiyi bir məqamda onların bu imkandan istifadə etmədikləri durumda başlarına nə gələcəyini deməklə qeyri-konstruktiv mövqe bildirmək istəmirəm. Amma bu reallıq hər an vardır və separatçıların özləri ilə bərabər ordakı qeyri-qanuni hərbi birləşmələrin də taleyinin acınacaqlı olacağını deməklə kifayətlənirəm. Çünki hələlik separatçılardan konstruktiv addımlar gözləyirik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar