Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da defolt gözləntisi... - Amerikada həqiqətən iqtisadi problem var?..

ABŞ maliyyə naziri bildirib ki, əgər Konqres borc limitini tezliklə artırmasa, ABŞ-ın defolt olması qaçınılmaz olacaq...

İqtisadçı-ekspert: “ABŞ-da dövlət borcunun üst səviyyəsinin artırılması ilə bağlı ciddi debatlar gedir”.

“Bu vəziyyətdən Demokratlar və Respublikaçılar öz xeyirlərinə istifadə etməyə çalışır. Respublikaçılar göstərməyə çalışır ki, Bayden və komandası ölkəni idarə edə bilmir. Bayden və onun komandası da göstərmək istəyir ki, məhz Respublikaçılar islahatlar etməyə, qanunların qəbul olunmasına maneçilik edirlər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın defolt olacağı iddialarını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ maliyyə naziri Canet Yellen bildirib ki, əgər Konqres borc limitini tezliklə artırmasa, onda yaxın həftələrdə ABŞ-ın defolt olması qaçınılmaz olacaq. Düya iqtisadiyyatının əsas barometri kimi çıxış edən ABŞ-ın defoltu digər ölkələrə necə təsir edə bilər və bu hansı prosesləri yaradar?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Müəyyən dalğalanmalar yarana bilər, amma ABŞ kimi ölkədə bunun daimi və qalıcı olduğunu söyləmək çətindir”.

Bu problemin həllini tapacağını düşünən ekspert Poliqon-a bildirib ki, sadəcə bu mövzu hazırda siyasi diskussiya çevrilib və iki partiya arasında ciddi rəqabətə səbəb olub deyə bu qədər səs-küyə, bu qədər müzakirələrə səbəb olub:

ABŞ-da dövlət borcunun üst səviyyəsinin artırılması ilə bağlı ciddi debatlar gedir. İyun ayının 1-də dövlət borcunun üst səviyyəsinin artırılması ilə bağlı qərar verilməsə, texniki defolt yaşana bilər. Texniki defolt o deməkdir ki, ABŞ federal büdcədən maliyyələşən dövlət qurumların maaşları kəsilir, iqtisadiyyata sərmayələr qoyulmur. Eyni zamanda ABŞ-ın 1 illikdən 10 illiyə qədər olan borc kağızlarının faizlərinin ödənilməsi dayandırılır. Bu da maliyyə bazarlarında ciddi bir təlatüm yarada bilər.

Bu vəziyyətdən Demokratlar və Respublikaçılar öz xeyirlərinə istifadə etməyə çalışırlar. Respublikaçılar göstərməyə çalışır ki, Bayden və komandası ölkəni idarə edə bilmir. Bayden və onun komandası da göstərmək istəyir ki, məhz Respublikaçılar islahatlar etməyə, qanunların qəbul olunmasına maneçilik edirlər. Beləliklə də, texniki defoltun günahını Respublikaçılara yükləmək istəyirlər.

Natiq Cəfərli: “Əgər hətta, borc faizinin yüksəldilməsi ilə bağlı Senatla Konqres anlaşmasa belə, Bayden prezident fərmanı ilə də bunu müvəqqəti olsa da, artıra bilər”.

Bildiyimiz kimi ABŞ-da seçkilərə bir ildən bir az çox vaxt qalıb. Bütün bu proseslər həm də seçkilərə aiddir. Buna görə də bu proseslər daha çox siyasi debatdır. Düşünürəm ki, texniki defolt yaşansa da, sonra vəziyyət düzələcək. Xatırladım ki, Barak Obama dövründə də 2 həftəlik texniki defolt yaşandı, sonra vəziyyət düzəldi.

Hesab edirəm ki, müəyyən dalğalanmalar yarana bilər, amma ABŞ kimi ölkədə bunun daimi və qalıcı olduğunu söyləmək çətindir. Əgər hətta, borc faizinin yüksəldilməsi ilə bağlı Senatla Konqres anlmasa belə, Bayden prezident fərmanı ilə də bunu müvəqqəti olsa da, artıra bilər.

Düşünürəm ki, bu problem həllini tapacaq. Sadəcə bu siyasi diskussiya çevrilib və iki partiya arasında ciddi rəqabətə səbəb olub deyə bu qədər səs-küyə, bu qədər müzakirələrə səbəb olub”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay