Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEK-in neft qərarı... - Dünyada yeni bir maliyyə böhranı yaşana bilərmi?

OPEK-in hasilatı azaltmaqla bağlı qərarı ABŞ iqtisadiyyatına mənfi təsir edəcək...

İqtisadçı-ekspert: ““OPEC plus” ölkələrinin neftlə bağlı verdiyi son qərar doğrudan da surpriz oldu”.

ABŞ Federal Ehtiyat Sistemi vasitəsilə faizləri artıraraq infilyasiya ilə mübarizəni planlayırdı. “OPEC plus” ölkələrinin neftlə bağlı qərarı ABŞ-ın bu planlarına problem yarada bilər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “OPEC plus” ölkələrinin son qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Hesab edilir ki, OPEK-in hasilatı azaltmaqla bağlı qərarı ABŞ iqtisadiyyatına mənfi təsir edəcək və ABŞ-da inflyasiya yenidən yüksələcək. Eyni zamanda qısa müddət öncə ABŞ-da bank böhranı yaşandı və bu böhran hələ də aşılmış deyil.

OPEK-in hasilatı azaltmaq qərarı maliyyə böhranı yaşayan ABŞ-a necə təsir edəcək və dünyada yeni bir maliyyə böhranının yaşanması təhlükəsi nə qədər böyükdür?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əgər neftin qiymətinin davamlı şəkildə artmasını görəcəyiksə, bu zaman Federal Ehtiyat Sistemi uçot dərəcəsini yenidən daha kəskin artırmağa məcbur olacaq. Bu isə maliyyə böhranının əsasını yarada bilər”.

ABŞ-da bank böhranı yaşansa, bunun bütün dünyaya sıçraya biləcəyini vurğulayan ekspert qeyd edib ki, bütün dünyada maliyyə böhranının elementlərini görə bilərik:

““OPEC plus” ölkələrinin neftlə bağlı verdiyi son qərar doğrudan da surpriz oldu. Əslində gözlənti bu yöndə deyildi. Bundan öncə məlumat var idi ki, Rusiya könüllü şəkildə neft ixracını 500 min barrel azaldacaq. Amma digər ölklərin buna qoşulacağı surpriz oldu. Bu da neft qiymətlərini birdən birə kəskin artırdı. Təqribən, neft qiymətlərində birdən birə 5-6 dollarlıq artım yaşandı.

ABŞ bu qərardan narahatdır. Çünki neftin qiymətinin artması benzinin qiymətinin artmasına və nəticə etibarilə də inflyasiyaya təsir göstərir. ABŞ isə Federal Ehtiyat Sistemi vasitəsilə faizləri artıraraq infilyasiya ilə mübarizəni planlayırdı. “OPEC plus” ölkələrinin neftlə bağlı qərarı ABŞ-ın bu planlarına problem yarada bilər. Buna görə də ABŞ-ın Federal Ehtiyat Sistemi yenidən faiz artımı sürətləndirə bilər. Bu da digər problemlər yaradır. Yəni bankların ucuz və uzunmüddətli kreditlərə çıxış imkanları məhdudlaşdırılır.

Natiq Cəfərli: “ABŞ bu qərardan narahatdır. Çünki neftin qiymətinin artması benzinin qiymətinin artmasına və nəticə etibarilə də inflyasiyaya təsir göstərir”.

Eyni zamanda ABŞ-da Selekon bankının bağlanması və bir çox bankların stresli vəziyyətdə olması dünya maliyyə sisteminə də, ABŞ-ın maliyyə sisteminə də təhdiddir. Qlobal dünyada, ABŞ-da bank böhranı yaşansa, bu bütün dünyaya sıçraya bilər. Yəni, bütün dünyada maliyyə böhranının elementlərini görə bilərik.

Buna görə də, hələlik bu ssenarinin mütləq reallaşacağını söyləmək mümkün deyil. Çünki ABŞ-da həmən öz ehtiyatlarından daha çox neft satacağını, daha çox neft istehsal edəcəklərini dedi. Beləliklə də, bazarda bir balans yaranacaq. Əgər neftin qiymətinin davamlı şəkildə artmasını görəcəyiksə, bu zaman Federal Ehtiyat Sistemi uçot dərəcəsini yenidən daha kəskin artırmağa məcbur olacaq. Bu isə maliyyə böhranının əsasını yarada bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Ən çox oxunanalar