Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Geosiyasi ziddiyyətlər... - Səudiyyə Ərəbistanı ilə ABŞ arasında nə baş verir?

Səudiyyə əsas strateji müttəfiqi olan ABŞ-ın həyati əhəmiyət daşıyan geosiyasi və geoiqtisadi maraqlarına qarşı addımlar atır...

Siyasi-şərhçi: “Səudiyyə Ərəbistanı ilə ABŞ münasibətlərindəki ziddiyətlər demək olar ki, ABŞ-ın ideoloji xarici siyasətinin nəticəsidir”.

“Əgər Səudiyyə Ərəbistanı qarşısında duran problemləri Çin və yaxud da ABŞ vasitəsilə həll edə bilirsə, onda həmin dövlətlərlə də əməkdaşlıq edirlər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Səudiyyə ƏrəbistanıABŞ arasında son zamanlar yaranan münasibətləri Poliqon.info-a şərh edərkən qeyd edib.

Son zamanlar Səudiyyə Ərəbistanı əsas strateji müttəfiqi olan ABŞ-ın həyati əhəmiyət daşıyan geosiyasi və geoiqtisadi maraqlarına qarşı addımlar atır. Misal olaraq Səudiyyənin Çinlə strateji tərəfdaşlığa qədər yaxınlaşması, İranla barışması və neft bazarında Rusiya ilə birlikdə hərəkət etməsini göstərmək olar.

Səudiyyə ilə ABŞ arasında nə baş verir və hansı səbəblər Ər-Riyadı Vaşintondan bu qədər sürətlə uzaqlaşdırır. Digər tərəfdən, Səudiyyə il ABŞ arasındakı hazırkı strateji müttəfiqliyin səviyyəsi barədə nə demək mümkündür?

Mövzunu Poliqon.info-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Dünyada regional güclərin artıq birqütblü dünyadan region mərkəzli addımların atılması istiqamətində tendensiyaları var”.

Səudiyyə Ərəbistanında hakimiyyətin ABŞ-dan daha az asılı olduğunu xatırladan ekspert qeyd edib ki, vəlihəd şahzadənin daha cəsarətli addımlar atmas nəticəsində indiki vəziyyət formalaşıb:

Səudiyyə Ərəbistanı ilə ABŞ münasibətlərindəki ziddiyətlər demək olar ki, ABŞ-ın ideoloji xarici siyasətinin nəticəsidir. ABŞ ənənəvi olaaraq müttəfiqlərlə münasibətlərini ideoloji süzgəcdən keçirib daxili siyasi ritorikaya qurban verir. Xatırlayırsınızsa, Blinken KonqresABŞ-ın xarici siyasəti və Türkiyə ilə münasibətlər haqqında danışanda Türkiyəni çətin müttəfiq adlandırmışdı. Həmin xarakteristika Səudiyyə Ərəbistanına da şamil edilir. Səudiyyə Ərəbistanında hakimiyyət ABŞ-dan daha az asılı olduğu üçün və vəlihəd şahzadənin daha cəsarətli addımlar atmasını nəzərə alaraq indiki vəziyyət formalaşıb.

Ümumiyyətlə, dünyada regional güclərin artıq birqütblü dünyadan region mərkəzli addımların atılması istiqamətində tendensiyaları var. Bu son bir neçə ildə trend kimi qəbul olunub. Səudiyyə Ərəbistanı isə öz təhlükəsizliyini, iqtisadi inkişafını təmin etmək üçün (digər dövlətlər bunu necə həyata keçirirlərsə) əlində olan resursları istifadə edir. Əgər bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə ABŞ-ın, maraqları üst-üstə düşürsə təbii ki, Səudiyyə Ərəbistanı öz maraqlarını təmin etməyə çalışacaq. Eyni vəziyyət Səudiyyə Ərəbistanı ilə Şin arasında mövcud olan münasibətlərdə də keçərlidir. Yəni dünyada artıq çpx qütblü xarici siyasət üstünlük təşkil etməyə başlayıb və bu tendünsiya daha da dərinləşəcək.

Fərhad Məmmədov: “Artıq kiçik dövlətlər öz milli maraqlarını böyük dövlətlərin maraqlarına qurban vermək istəmirlər və bu da zamanla tamamilə yeni bir dünya düzəni formalaşdıracaq”.

Demək olmaz ki, hər hansısa bir regional dövlət, içi Səudiyyə Ərəbistanı qarışıq, ABŞ, Çin yönümlü hansısa bir tərəfli addımlar atır. İlk növbədə bu siyasət milli maraqlar üzərində qurulur. Biz bunu Səudiyyə Ərəbistanının atdığı addımlarda da görürük. Əgər Səudiyyə Ərəbistanı qarşısında duran problemləri Çin və yaxud da ABŞ vasitəsilə həll edə bilirsə, onda Ər-Riyad həmin dövlətlərlə də əməkdaşlıq edir.

Bu gün Səudiyyə Ərəbistanının maraqları həm İranla, həm də İsraillə normal münasibətlər tələb edir və Ər Riyad da buna can atır. Yəni artıq kiçik dövlətlər öz milli maraqlarını böyük dövlətlərin maraqlarına qurban vermək istəmirlər və bu da zamanla tamamilə yeni bir dünya düzəni formalaşdıracaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay