Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın namizəd oğlu “avtoş” çıxdı 

Sabiq deputat Tahir Süleymanovun oğlu sentyabrda keçiriləcək parlament seçkilərində atasının dairəsindən namizəd olacaq...

Poliqon Tribunainfo.az-a istinadən  xəbər verir ki, Mahir Süleymanlı YAP-ın 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən namizəddir.

YAP Səbayel rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü olan Mahir Süleymanlı, eyni zamanda parlamentdə işləyib. Onun konkret olaraq hansı postu tutduğu dəqiq bilinməsə də, böyük ehtimalla, atasının sayəsində vəzifə sahib olduğu sirri deyil.

İlk baxışdan ciddi görkəmli görünən bu cavan namizəd, sən demə, heç də “az aşın duzu” olmayıb. Elə özünün sosial şəbəkə hesablarından belə görünür ki, Mahir Süleymanlı maşın həvəskarıdır.

Hətta paylaşdığı maşınların fotolarından da aydın olur ki, deputat oğlu bahalı maşınlara daha çox meyl salıb. Elə sürdüyü “Lexus” markalı avtomobilin qiymətini qeyd etmək kifayətdir ki, onun hansı səviyyədə bahalı “oyuncaq”lara marağı olub.

Lakin Şabrandan gələn xəbərlərdə deyilir ki, Mahir Süleymanı atasının deputatlığı dövründə, daha gənc yaşlarında rayonda az “at oynatmayıb”. Məsələn, onun ŞabranXaçmazda “avtoşluq” etdiyinə dair iddialar var. Hətta deyilir ki, bu hərəkətlərinə görə, yerli sakinlər, o cümlədən yerli rəsmilər Tahir Süleymanova şikayət belə ediblər. Ondan oğlunun “ipini yığıması”nı xahiş ediblər.

Deyilir ki, Mahir Süleymanlının bu hərəkətləri atasını sonda ciddi addım atmağa vadar edib. Belə ki, o, oğlunu Bakıya aparmaq və orada yaşaması qərarını verib. Amma deputatlığa namizədin Bakıda XaçmazŞabrandakı kimi olmasa da, ara-sıra “qurdunu öldürdüyü” deyilir. Qarşı tərəfi dinləməyə hazırıq.

Poliqon.info


Etiket: Deputat Oğlu Avtoş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay