Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinkenin Qazaxıstan səfəri... - Mərkəzi Asiya ölkələri Qərblə sıx əməkdaşlığa yönəlirlər?

ABŞ-nin dövlət katibi Entoni Blinken Qazaxıstanda səfərdə olub və səfər çərçivəsində Orta Asiya ölkələrinin rəsmiləri ilə bir sıra görüşlər keçirib...

Politoloq: “Entoni Blinken Qazaxıstan səfəri olduqca maraqlı məqamlarla yadda qaldı”.

“Mərkəzi Asiya ölkələri istəsələr də, Qərbə yönələ bilməzlər. Çünki Mərkəzi Asiya elə bil regiondur ki, şimalda Rusiya, şərqdə isə Çin var”.

Bu sözləri politoloq Turan Rzayev ABŞ-nin dövlət katibinin Qazaxıstan səfərini Poliqon.info-a şərh edərkən qeyd edib.

ABŞ-nin dövlət katibi Entoni Blinken Qazaxıstanda səfərdə olub və səfər çərçivəsində Orta Asiya ölkələrinin rəsmiləri ilə bir sıra görüşlər keçirib. Amerika rəsmisinin Orta Asiya səfərini necə dəyərləndirmək olar və bu səfərin əsas məqsədi nə idi? Demək olarmı ki, Mərkəzi Asiya ölkələri Rusiyanın təsir dairəsindən çıxıb Qərblə daha sıx əməkdaşlığa yönəlirlər?

ABŞ-ın Mərkəzi Asiya regionuna baxış bucağını Poliqon.info-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Mərkəzi Asiya ölkələrinin müəyyən balans siyasəti aparması vacibdir”.

Gələcəkdə real şərait yarananda Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiya edə biləcəklərini düşünən politoloq Poliqon-a bildirib ki, indiki məqamda bu çətin məsələdir:

“Entoni Blinken Qazaxıstan səfəri olduqca maraqlı məqamlarla yadda qaldı. Əvvəla qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibənin uzanması və ikinci ildə yenidən şiddətlənməsi Rusiyanın diqqətini yenidən regiona çəkdi. ABŞ hesab edir ki, müharibə davam etdiyinə görə Rusiya gücünü və duqqətini Ukrayna müharibəsinə sərf edir. Əvəzində isə arxa baxçası adlandırdığı Cənubi Qafqaz, Mərkəzi Asiya kimi ölkələrə çox diqqət ayıra bilmir. Bunun real nəticəsidir ki, Rusiya Gürcüstanın ardınca artıq Ermənistanı da itirir.

Entoni Blinken Qazaxıstan səfəri də ABŞ-ın diqqətinin bu regionlara verməsinin göstəricisidir. Əslində rəsmi Vaşinqton Blinkenin səfəri ilə nəbz yoxladı. ABŞ Mərkəzi Asiya ölkələrindəki siyasəti və onların Rusiyanın orbitindən çıxıb Qərbə yönəlmək istəklərini yoxladı. Məsələyə bu ölkələrin kontekstindən yanaşanda hesab edirəm ki, Mərkəzi Asiya ölkələri istəsələr də, Qərbə yönələ bilməzlər. Çünki Mərkəzi Asiya elə bil regiondur ki, şimalda Rusiya, şərqdə isə Çin var. Yəni həmin ölklər Rusiyanın təsirindən çıxsalar belə, Qərbə yönəlmədən Çinin təsirinə düşmək ehtimalı var.

Turan Rzayev: “Entoni Blinken Qazaxıstan səfəri də ABŞ-ın diqqətinin bu regionlara verməsinin göstəricisidir”.

Təbii ki, gələcəkdə real şərait yarananda Mərkəzi Asiya ölkələri Qərbə inteqrasiya edə bilərlər. Amma indiki məqamda bu çətin məsələdir. Məsələn Özbəkistan Mərkəzi Asiyanın parlayan ulduzudur. Özbəkistan o regionda kifayət qədər iqtisadi və siyasi baxımdan inkişaf edən ölkədir. Ancaq ötən il Özbəkistanda çaxnaşmalar oldu və az qaldı ki, daxili münaqişə oyansın. Digər tərəfdən Qırğızıstan və Tacikistan arasında mütəmadi olaraq gərginlik baş verir. Qazaxıstanda isə ötən il Tokayev Nazarbayevin hakimiyyətinə zərbə vurdu və öz hakimiyyətini tam təsdiqlədi.

Bütün bu proseslər onu deməyə əsas verir ki, Qazaxıstanın timsalında Mərkəzi Asiya ölkələri hələ Rusiya faktorunu nəzərə alaraq daha ehtiyyatlı davranırlar. ABŞ-ın bu ölkələrə geniş tərkibli yardım etməsi elə də real görünmür. Buna görə də onların Rusiyanın orbitindən çıxıb ABŞ-ın timsalında Qərbə inteqrasiya hələ ki, rela görünmür. Mərkəzi Asiya ölkələri enerji baxımından neft-qazın bazara çıxarılmasında ABŞ-la əməkdaşlığa hazırdırlar. Amma ABŞ və Mərkəzi Asiya ölkələri arasında olan münasibətlərin hamısını geosiyasi məsələlərə aid etmək olmaz.

Mərkəzi Asiya ölkələrinin müəyyən balans siyasəti aparması vacibdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Ödənişli yolda qəzada xəsarət alan səkkiz nəfərin kimliyi məlum olub - Yenilənib

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Ən çox oxunanalar