Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb...

Poliqon.info xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Yunis Əl-Mənfiyə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakına görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd etdi.

Azərbaycanın xarici siyasətində Ərəb dövlətləri ilə əlaqələrin inkişafının prioritetlərdən biri olduğunu deyən dövlətimizin başçısı Ərəb Dövlətləri Liqasının ötən il Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı, bu tədbirin Azərbaycanın Ərəb dövlətləri ilə münasibətlərin genişləndirilməsi işinə mühüm töhfə verdiyini vurğuladı.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu və onun böyük əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd Yunis Əl-Mənfi bu tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, ölkəmizin sədrlik dövründə bu Hərəkatın inkişafı üçün ciddi səylər göstərdiyini və töhfələr verdiyini qeyd etdi.

Liviya Dövləti Prezident Şurasının sədri dövlətimizin başçısının Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş sammitindəki çıxışını diqqətlə dinlədiyini məmnuniyyətlə vurğuladı.

Ölkəsinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edən Məhəmməd Yunis Əl-Mənfi dedi ki, beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə Azərbaycanın və Liviyanın mövqeləri üst-üstə düşür.

Görüşdə münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün birgə səylərin davam etdirilməsinin vacibliyi bildirildi, bu xüsusda qarşılıqlı sərmayələr, tikinti, enerji sahələrində əməkdaşlığın önəmi qeyd olundu. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEK+ formatında əməkdaşlıq məsələsinin əhəmiyyətinə toxunuldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.

Poliqon.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Telefonunuzu bu yerlərdə şarj etməyin - Təhlükəlidir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay