Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fuad Poladov bilirdi ki, xəstədir, dəfn olunacağı yeri özü seçmişdi"

Tanınmış diktor Rafiq Həşimov mərhum Xalq artisti Fuad Poladov haqqında danışıb...

"Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O, bilirdi ki, xəstədir, mülicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi".

PİA.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "o üz" proqramında qonaq olan Əməkdar artist, tanınmış diktor Rafiq Həşimov mərhum Xalq artisti Fuad Poladov haqqında danışarkən deyib.

"Günlərin birində dedi ki, gedək "Qurd qapısı” qəbiristanlığına. Gördüm orada daşın üstündə "F.P." yazılıb. Sən demə yer götürüb. Dedi yəqin burada dəfn olunaram. Elə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz.

Bir il müddətində sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi" deyə, R.Həşimov əlavə edib.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən F.Poladov 2018-ci ildə vəfat edib.

pia.az


Etiket: Fuad Poladov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Məşhur meyxanaçının evinə basqın edildi    

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar