Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Çətin qrupa düşdük. Altı komandalı qrupda oynamağı istərdik. Amma sürpriz edə bilərik"...

Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Belçika, Avstriya və İsveç top yığmalar sırasındadır: "Xüsusilə belçikalıları qeyd edərdim. Bu yığma son illər yüksəlişdədir. Futbolçuları dünyanın ən yaxşı klublarında çıxış edir. Hamısı üzdə olan oyunçulardır. Bu baxımdan favorit Belçikadır. İsveç və Avstriya bərabərsəviyyəli komandalardır. Onların arasında 2-3-cü yerlər uğrunda mübarizə gedəcək".

Canni De Byazinin köməkçisi milli komandanın şanslarına da toxunub: "Birinci yeri tutacağımızı söyləmək real olmaz. Yığmanın qarşısına hər zamankı kimi yüksək məqsədlər qoyulacaq. Bacardıqca çox xal toplamaq, yaxşı oyun nümayiş etdirmək lazımdır. Rəqibləri analiz etdikdən sonra daha dəqiq fikir bildirmək olar".

Əsədovun sözlərinə görə, qrupda bütün komandalardan xal almaq mümkündür: "Millətlər Liqasındakı son oyunlar da göstərdi ki, millimiz artıq inkişaf edir. Qələbə ruhunu qarşıdakı seçmə mərhələdə də davam etdirməliyik".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

pia.az


Etiket: Arif Əsədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar