Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ön partada oturanlar daha yaxşı təhsil alır? - Video

Ön partada oturanlar daha yaxşı təhsil alır?...

Qızıl qədər dəyərli olan ön sıra. Hər dəfə tədris ili başlayanda ibtidai sinif şagirdlərinin valideyinləri istəyirlər ki, övladları ön partada  əyləşsinlər. Hətta sosial şəbəkələrdə "Valideyinlər qabaq partaları zəbt etdi", "qızım yenə ən arxada oturacaq" kimi şikayətlərə də rast gəlinir. Bu da təbii ki, birmənalı qarşılanmır.

PİA.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ibtidai sinif müəllimi Xəyalə Rüstəmzadə deyir ki, beləhallarla tez-tez rastlaşır. Ancaq bunu müəllimin diqqəti ilə əlaqələndirmək olmaz. O əksinə, müəllimin arxa partalarda oturanları daha yaxşı gördüyünü bildirir. Hər il vaxtaşırı keçirilən test imtahanlarının nəticələri də ön sırada oturmağın üstünlük olmadığını göstərir. Ona görə də, ilk növbədə ehtiyacı olan uşaqlar lövhəyə daha yaxın partalarda əyləşməlidirlər.

Klinik-psixoloq Nuriyyə Quliyevanın sözlərinə görə, valideyin övladını ön sırada əyləşdirərək həm təhsilinin, həm də təlim tərbiyəsinin daha yaxşı olacağını düşünür. Ancaq belə davranışlar digər şagirdlərdə psixoloji problemlər yarada bilər.

Bakı Şəhəri üzrə təhsil idarəsinin Təlimə dəstək mərkəzinin metodisti Çinarə Cəbrayılova isə bildirir ki, bu istiqamətdə müəllimlərlə maarifləndirici işlər aparlıb. 20 məktəbin inkişaf planında isə sözügedən məsələlər əks olunub. Onun sözlərinə görə, strukturu imkan verərsə sinifdə partaların müxtəlif düzülüş üsullarından istifadə edilə bilər.

Çinarə Cəbrayılovanın fikrincə, arxa sırada oturmağa maraq çox olduğu üçün  bu metod yuxarı siniflərdə daha uğurlu alınır.

pia.az 


Etiket: Dərs


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Ən çox oxunanalar