Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənazə namazı Ərk qalasında qılınan şair

«Sazlı-sözlü bir Şəhriyar var imiş»...

Bu gün o taylı-bu taylı Azərbaycanımızın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın dünyasını dəyişməsinin 34-cü ildönümüdür.

Aşıq deyər, bir nazlı yar var imiş,

Eşqindən odlanıb yanar var imiş,

Sazlı-sözlü bir Şəhriyar var imiş,

Odlar sönüb, onun odu sönməyib,

Fələk çönüb, onun çarxı çönməyib.

O taylı, bu taylı Azərbaycanın böyük şairi Şəhriyarın adı bütün Türk dünyasına tanışdır. O, sadə xalq dilində yazılmış əsərləri ilə milyonların qəlbində özünə taxt qurub. Şairin ən məşhur əsərlərindən biri olan "Heydərbabaya salam" poeması uşaqdan-böyüyə hər kəsin dilinin əzbərinə çevrilib. Sovetlər zamanında Şəhriyarın yazdığı vətən şeirləri o taylı, bu taylı Azərbaycanın azadlıq arzularını əks etdirən bir himn kimi dolaşırdı dillərdə.

Şəhriyar 1907-ci ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Əsl adı Doktor Seyid Məhəmməd Hüseyn Behcət Təbrizi Şəhriyardır. Bu adlardan Məhəmməd Hüseyn şairin adı, Behçət Təbrizi soyadı, Seyid Peyğəmbər nəslindən gəldiyi üçün verilən ad, Doktor tibb fakültəsində oxuduğu üçün söylənən bir müraciət sözü, Behcət eyni zamanda ilk təxəllüsü, Şəhriyar isə sonrakı təxəllüsüdür.

Onun məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən bir ziyalı idi. Anası Kövkəb xanım da tez-tez oğluna şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri oxuyardı.

Şəhriyarın uşaqlıq illəri gözəlliklər məskəni olan Qaraçəmən, Xoşginab mahalında keçmiş, bu füsunkar mənzərələr onun uşaqlıq yaddaşına əbədi həkk olunub qalmış, sonradan məşhur poemasının mövzusuna çevrilmişdir.

Şəhriyar çox gənc yaşlarından şeir və ədəbiyyat dünyasından məlumatlı idi. Divanlarına yazdığı müqəddimələrdən göründüyü kimi, o, erkən yaşlarından Nəbati, Şükuhi və Ləlinin əsərlərilə tanış olmuşdur. Nizami, Rumi, Xəyyam, Hafiz, Sədi, Şəms Təbrizi, Saib Təbrizi poeziyası ilə tanışlıq Şəhriyarın istedadının inkişafında böyük rol oynamışdır. O, ilk təhsilini də atasından və bu şairlərin kitablarından almışdır. Şair onu əhatə edən Azərbaycan mədəniyyətinin və füsunkar təbiətinin, uşaqlıq xatirələrinin onun yaradıcılığına güclü təsirini qeyd etmişdir. Şəhriyar ana dilindən başqa ərəb, fars və fransız dillərini bilirdi. Ərəbcə yazdığı bir neçə şeiri də var. Şair çox gözəl tar çalırmış.

Şəhriyar 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlamışdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisə oluna bilən sevgi şeirlərinin, hikmətli qəsidələrin, poemaların müəllifi olan sənətkar Azərbaycan şeirinin ən yüksək zirvəsinə ucalmışdır. Tələbəlik illərində sevdiyi Sürəyyadan ayrılması da Şəhriyarın həyatında dərin iz buraxmışdır. Şəhriyarın yoxsulluq üzündən baş tutmayan nakam eşqi həyatının sonuna kimi unudulmamış, həm də onun keşməkeşli və məşəqqətli həyatında baş verən məhrumiyyətlərin başlanğıcı olmuşdur.

Heydər Baba, sənin gönlün şad olsun,

Dünya varkən ağzın dolu dad olsun,

Səndən keçən tanış olsun, yad olsun,

Deynə, mənim şair oğlum Şəhriyar,

Bir ömürdür qəm üstünə qəm qalar.

Şəhriyar Cənubi Azərbaycanın Türkcə yazan şairləri sırasında birinci yerdə dayanır. Füzuli XV əsrdə Azərbaycan türkcəsini necə nəfis şeir dili səviyyəsinə yüksəltmişdisə, Şəhriyar da XX əsrdə öz şeir mühiti üçün eyni rolu oynadı. O, şeirlərinin birində qürur hissi ilə deyir: "Türki bir çeşmə isə, mən onu dərya elədim". Eyni zamanda onu da əlavə edir ki: "Türki, vallah, analar oxşarı laylay dilidir, Dərdimi mən bu dəva ilə müdəva elədim".

Şəhriyar 1988-ci ilin 18 sentyabrında vəfat edib. Vəsiyyətinə əməl edilərək Ərk qalasında qılınan cənazə namazından sonra Təbrizin Surhab məhəlləsindəki Məqbərətüş-Şüarada torpağa verilib. Şəhriyarın xatirəsinə o gün Təbrizdə heç bir mağaza açılmayıb və bütün xalq qara geyinib.

Məhəmməd Hüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il Iranda "Milli şeir günü" kimi qeyd edilir.

pia.az 


Etiket: Şəhriyar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Ən çox oxunanalar