Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda arvadının öldürdüyü ər tanınmış məşqçi imiş - Foto

Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb...

Bu gün saat 12 radələrində Bakı şəhər Xətai rayonu ərazisində qadının ərini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

PİA.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 35 yaşlı Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirməsi məlum olub.

Bildirilir ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” idman kompleksində çalışırmış.

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

Qonşuların bildirdiyinə görə, Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ən çox oxunanalar