Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ramiz Mehdiyevin mandat verdiyi o adamlar...” - Partiya sədri

“Ancaq o adamlara sual vermək lazımdır ki, sizin bu millətin vəziyyətindən xəbəriniz varmı?!”

Bu fikirləri Milli Məclisin deputatları Rüfət Quliyev və Müşfiq Cəfərovun Azərbaycanda taksi xidmətinin ucuz olması ilə bağlı “narahatlıqlarına” münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin təyin etdiyi bu deputatlardan sadə vətəndaşların xeyrinə nəsə iş gözləmək yersizdir:

“Əvvəla, onları deputat yox, təyin edilmiş deputat adlandırmaq daha doğrudur. Onlar xalqdan, millətdən xəbəri olmayan insanlardır. Görünür, imkanları o qədər genişdir ki, üç-beş manata əhəmiyyət vermirlər. Çünki bu adamlar ölkəni talan edənlərlə bir sıradadırlar.

Təyin edilmiş deputatlar belə danışmalıdırlar da, onlardan başqa nə gözləmək olar? Ancaq o adamlara sual vermək lazımdır ki, sizin bu millətin vəziyyətindən xəbəriniz varmı? Elə bilirsiniz, həmişə belə olacaq? Sabah bu millət sizi daş-qalaq edəcək axı…

Əlbəttə ki, mənəviyyatını itirmiş belə insanların parlamentdə olması Azərbaycan xalqına təhqirdir, onun günü-gündən uçuruma yaxınlaşdırılmasıdır. Ramiz Mehdiyevin deputat təyin etdiyi bu adamların bir məqsədi var ki, hər şeyin bahalaşdığı bu şəraitdə millət qalxıb üsyan eləsin, ara qarışsın. Onların məqsədi budur.

Çalışırlar ki, qarşıdakı payız aylarında ölkədə qarışıqlıq düşsün. Bu işlərin başında hakimiyyətin daxilindəki müəyyən dəstələr, “beşinci kolon”un üzvləri və Ramiz Mehdiyevin mandat verdiyi deputatlar dayanır. Yəni tapşırıq alıblar və onu icra edirlər. Siz də görürsünüz ki, onlar ancaq millətin əleyhinə fəaliyyət göstərirlər. Onlar deputat yox, bu xalqın düşmənləridir”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Ən çox oxunanalar