Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılmasına ehtiyac varmı? - Ekspert rəyi

Nazim Bəydəmirli: “1990-cı ilin əvvəlində Azərbaycanın özəlləşməyə açıq olan 32 milyard dollarlıq dövlət əmlakı var idi. Hər vətəndaşa da ortalama 4 min dollarlıq dövlət əmlakının düşəcəyi barədə fikirlər var idi. Buna görə də müxtəlif müəssisələr, fabrik və zavodlar özəlləşdirməyə açılmışdı və onlardan istifadə olundu. Amma onlar daha çox müəyyən məmur və sahibkarlar üçün istifadə olundu. Yəni, daha çox onlar faydalandı”.

Dünya təcrübəsinə əsasən, inkişaf etmiş dövlətlərdə özəlləşdirmə çeklərində kütləvi özəlləşdirmə zamanı istifadə olunur. 1996-cı il yanvarın 1-dən Azərbaycanda da özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb və tədavül müddəti bir neçə dəfə rəsmi şəkildə uzadılıb. Sonuncu dəfə isə 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb.

Hazırda özəlləşdirmə çekləri dövriyyədə olmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Əlində çekləri olan şəxslər isə dövriyyənin yenidən bərpa olunmasını və hüquqlarının bərpa olunmasını gözləyirlər. Çünki bu çeklərin ləğvi rəsmi şəkildə qərara alınmayıb. Bu isə o deməkdir ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkündür.

Mövzunu PİA.az-ın əməkdaşı sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Vətəndaşlar konstitusiya məhkəməsinə müraciət edərək hökumətin qərarını dəyişməyə məcbur edə bilərlər”.

Vətəndaşların özəlləşdirmə prosesindən doğrudan da narazı qaldıqlarını xatırladan iqtisadçı ekspert Nazim Bəydəmirli PİA.az-a bildirib ki, bu narazılıqlara da kifayət qədər əsas var. Çünki qanuna görə, investisiya fondları yaradılmalıydı, lakin bu fondlar yaradılmadı:

“Hökumətin elan etdiyi birinci və ikinci dövlət proqramları ilə özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatıb. Lakin haqlı olaraq vətəndaşların iradları mövcuddur. Çünki 1990-cı ilin əvvəlində Azərbaycanın özəlləşməyə açıq olan 32 milyard dollarlıq dövlət əmlakı var idi. Hər vətəndaşa da ortalama 4 min dollarlıq dövlət əmlakının düşəcəyi barədə fikirlər var idi. Buna görə də müxtəlif müəssisələr, fabrik və zavodlar özəlləşdirməyə açılmışdı və onlardan istifadə olundu. Amma onlar da daha çox müəyyən məmur və sahibkarlar üçün istifadə olundu. Yəni, daha çox onlar bu özəlləşmə proqramlarından faydalandılar.

Təbii ki, bundan da vətəndaşlar narazı qaldılar. Vətəndaşların narazı qalmalarına da kifayət qədər əsas var. Çünki qanuna görə investisiya fondları yaradılmalıydı, lakin bu fondlar yaradılmadı. Həkimlər, müəllimlər, hərbiçilər olmaqla çoxsaylı vətəndaşlar özəlləşmə prosesindən kənarda qaldılar.

Nazim Bəydəmirli: “Vəziyyətdən çıxış yolu özəlləşdirmə haqqında qanunun qəbul olunmasııdır. Milli Məclis belə bir təşəbbüslə çıxış etməlidir”.

Son proses isə tamamilə məmur oliqarxiyasının xeyrinə baş verdi. İri və orta məmurlar vətəndaşların əlində olan özəlləşdirmə çeklərini su qiymətinə alaraq özəlləşdirilən obyektlərin sahiblərinə çevrildilər. Bu normal hal deyildi, amma vəziyyət belə oldu.

Əlində çekləri qalan şəxslərin heç bir hüquqi addımlar atması mümkün deyil. Vəziyyətdən çıxış yolu özəlləşdirmə haqqında qanunun qəbul olunmasıdır. Milli Məclis belə bir təşəbbüslə çıxış etməlidir. Ya da vətəndaşlar konstitusiya məhkəməsinə müraciət edərək hökumətin qərarını dəyişməyə məcbur edə bilərlər.

Başqa yolla həmin vətəndaşların hüquqlarını qorumaq mümkün olmayacaq. Çünki ölkədə məhkəmə hakimiyyəti icra hakimiyyətindən asılı vəziyyətdədir. Xatırladım ki, devalvasiya zamanı konstitusiya məhkəməsi vətəndaşların deyil, bankların tərəfini tutdu. Buna görə də milyonlarla vətəndaş pis vəziyyətə düşdülər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar