Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Bakıda ata qəbul imtahanlarında az bal toplayan oğlu barəsində polisə şikayət edib...

"Qaynarinfo"nun məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Lakin oğlundan şikayət edən atanın özü barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, 1980-ci ildə Füzuli rayonunda doğulan V.B. şikayəti içkili halda edib. Belə ki, V.B.-nın oğlu bu il ali məktəbə imtahan verib, lakin keçid balı toplaya bilməyib. Bir neçə il hazırlıq üçün müəllimlərə pul ödəməsinə baxmayaraq, oğlunun imtahanda, ümumiyyətlə, bal toplamaması atanı möhkəm əsəbiləşdirib və buna görə bir neçə dəfə övladını danlayıb.

Hadisənin səhəri gün içkili halda evə gələn ata oğlunun mobil telefonla oynadığını görüb və yenidən ona əsəbiləşib. Bu zaman aralarında mübahisə yaranıb. V.B. buna əsəbiləşərək "102" xidmətinə zəng edərək oğlu barəsində tədbir görülməsini tələb edib.

Hadisə yerinə polis gəldikdən sonra V.B. səhv etdiyini başa düşüb və səs-küy salmağa başlayıb. Məhkəmədə buna görə özünü təqsirli bilib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 200 manat cərimə edilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay