Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Quruluş Partiyası Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bəyanat yayıb

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürmüş və bununla bağlı bütün seçki prosesində aktiv təmsil olunub...

Bu barədə Böyük Quruluş Partiyasının Milli Məclisə seçkilərlə bağlı yaydığı bəyanatda deyilir.

Bildirilib ki, seçki marafonunun bütün mərhələlərində partiyanın yüzlərlə üzvü aktiv iştirak edib, seçici imzaları qısa zamanda toplanıb:

“Partiyanın vahid namizədi Fazil Mustafa seçki dairəsinin ərazisində öncədən müəyyən edilib və kifayət qədər yaxşı şərait yaradılmış yerlərdə seçicilərlə 35-dən çox görüş keçirib, aktiv təbliğat-təşviqat işi aparıb. Seçki dairəsinin ərazisində olan şəhid ailələri, həssas əhali qrupunun digər nümayəndələri ilə də çoxsaylı görüşlər təşkil olunub. İstər imzaların toplanması, istər seçki təbliğatı zamanı hansısa maneə ilə qarşılaşmayan partiya fəalları seçki prosesini rahat və təhlükəsiz şəkildə başa çatdırıb”.

Qeyd edilib ki, bundan əlavə, seçki kampaniyası dövründə Böyük Quruluş Partiyasının başqanı, 26 saylı Sabunçu birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Fazil Mustafa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə missiyasının rəhbəri Ditmir Buşati, missiya üzvləri Neomi Arçidiakono və Elissavet Karagiannidou, Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Viktoroviç Kuleba, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin l müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb:

“Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyini, özünün, seçki qərargahının və başqanı olduğu partiyanın hər hansı bir problemlə qarşılaşmadığı barədə nümayəndə heyətlərini bilgiləndirib. Böyük Quruluş Partiyasının apardığı aktiv təbliğat işi nəticəsində Partiyamızın rəhbəri Fazil Mustafa seçkilərin ilkin nəticələrinə əsasən öz rəqiblərindən daha çox səs toplayıb. Partiya vahid namizədlə təmsil olunmasına baxmayaraq, 50-yə yaxın seçki dairəsində öz müşahidəçilərini qeydiyyatdan keçirmiş və onların müşahidəsini təşkil edilib”.

“Partiya müşahidəçilərinin təqdim etdikləri anket məlumatları və yüzlərlə beynəlxalq müşahidəçilərin də rəylərini nəzərə alaraq, VII çağırış Milli Məclisə seçkilərinin nəzarət etdiyimiz seçki dairələrində demokratik mühitdə, azad rəqabət şəraitində keçirildiyi bəyan edirik. Uğur qazanan namizədlərin hər birini Partiyamız adından təbrik edir və bizi dəstəkləyən seçicilərə öz təşəkkürlərimizi çatdırırıq”, - deyə bəyanatda qeyd edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay