Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın keçmiş əmək naziri İlon Maskın həbsini tələb edib

ABŞ-ın keçmiş əmək naziri Robert Reyx İlon Maskı dayandırmaq gərəkdiyini bildiriərək milyarderin həbsini tələb edib...

Poliqon xəbər verir ki, bu barədə Robert Reyx Britaniyanın “The Guardian” qəzetində dərc olunmuş köşə yazısında yazıb.

“O, dünyanın ən zəngin adamı ola bilər, o, dünyanın ən nüfuzlu sosial şəbəkələrindən birinə də sahib ola bilər, lakin bu, bizim gücsüz olduğumuz anlamına gəlmir, onu dayandırın”, deyə sabiq nazir yazıb.

Başlanğıc üçün Reyx, istehsalı Maskın biznesinin əsasını təşkil edən “Tesla” elektrik avtomobillərini boykot etməyə çağırıb. Bundan əlavə, Reyxə görə Federal Ticarət Komissiyası Maskdan insanlara təhlükə yarada biləcək yalanları aradan qaldırmağı tələb etməlidir və əgər o bunu etməsə, onu məhkəməyə verməlidir.

Rusiya və digər xarici güclərin X-dən builki prezidentlik yarışını pozmaq üçün istifadə etdiyinə dair artan sübutlar var və ehtimal ki, bu müdaxilələr Trampın xeyrinədir. Mask onları dayandırmaq üçün çox az şey edib”, Reyx iddia edib.

Reyx həmçinin ABŞ hökumətinə Maskın “Space X” şirkəti ilə müqavilələrə xitam verməyi təklif edib. Sonda isə ABŞ-nin keçmiş əmək naziri yazır ki, bütün dünya üzrə tənzimləyicilər Maskı X-da yalan və nifrət yaymağı dayandırmasa, həbslə hədələməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay