Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Hindistanın Rusiya və Ukrayna üçün vasitəçiliyi daha məhsuldar ola bilər...

Hindistanın baş nazir avqustun 21-23-də Polşa və Ukraynaya rəsmi səfər edəcək...

Zaur İbrahimli: “Aydın məsələdir ki, Hindistan Rusiya ilə münasibətləri saxladığı kimi, Qərb ölkələri, xüsusilə ABŞ-la yaxşı münasibətlərə malikdir. Bu baxımdan, Hindistanın Rusiya və Ukrayna üçün vasitəçiliyi daha məhsuldar ola bilər”.

“Rəsmi Dehli hər hansısa təkliflər paketindən söz açmayıb. Lakin ola bilməz ki, dünyanın diqqət mərkəzi olan və bir çox ölkələrin vasitəçi olmaq istəməsi məsələsində Hindistanın öz yanaşması olmasın”.

Bu sözləri politoloq Zaur İbrahimli Hindistanın baş nazirin Ukraynaya səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Hindistanın baş nazir Narendra Modi avqustun 21-23-də Polşa və Ukraynaya rəsmi səfər edəcək. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Narendra Modinin Kiyevə ilk səfəri olacaq. Modi iyunun 8-də Moskvaya səfər etmişdi və Putinlə görüş zamanı ikitərəfli tərəfdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirmişdi. Modinin Rusiyaya səfəri Ukrayna və Qərb ölkələrində bir sıra suallar yaratdıb. Lakin Dehlinin münaqişənin həlliylə bağlı konkret planı olmasa da, tərəflərlə işləməyə hazır olduğunu bəyan edib.

Həmçinin bilirik ki, hazırkı dönəmdə Hindistanın əsas rəqibi Çindir və hazırda bu iki nəhəng bütün istiqamətlərdə mübarizə aparırlar. Bu baxımdan Hindistan beynəlxalq miqyasda bir güc olaraq ortaya çıxması mümkündürnü və Rusiya-Ukrayna cəbhəsində Yeni Dehlinin vasitəçilik cəhdləri uğurlu ola bilərmi?

Hindistanın beynəlxalq miqyasda gücünü Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Hər halda Kiyevin Hindistana etibar etməsinə daha çox əsası var”.

Hindistan rəhbərinin Ukraynaya səfərinin sıradan bir hadisə olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, ölkələr arasında Ukraynanın Kurska hücumu ilə dayandırılmış pərdəarxası danışıqlara Modinin müdaxiləsi ilə yeni bir təkan verilə biləcəyini də istisna etmir:

“Son vaxtlar Hindistan beynəlxalq münasibətlərdə daha fəal rol almağa çalışır və özünün regional ambisiyalarını ortaya qoymaqdan çəkinmir. Hindistanın baş nazir Narendra Modinin həm Rusiyaya, həm də Ukraynaya səfərini məhz bu konteksdə dəyərləndirmək lazımdır.

Eyni zamanda Hindistan BRİKS-in fəal üzvüdür. Bildiyimiz kimi, BRİKS-in oktyabr ayında Moskvada toplantısı keçiriləcək. Güman etmək olar ki, rəsmi Dehli BRİKS-in toplantısına müəyyən diplomatik baqajla gəlməyə cəhd göstərir. Aydın məsələdir ki, Hindistan Rusiya ilə münasibətləri saxladığı kimi, Qərb ölkələri, xüsusilə ABŞ-la yaxşı münasibətlərə malikdir. Bu baxımdan, Hindistanın Rusiya və Ukrayna üçün vasitəçiliyi daha məhsuldar ola bilər.

Nəzərə almaq lazımdır ki, Hindistan Asiya regionunda aparıcı qüvvələrdən biridir. Eyni zamanda rəsmi Dehli dünya arenasında inkişaf etməkdə olan və kifayət qədər güclü ölkələrdən biri kimi dəyərləndirilir. Yəni rəsmi Dehlinin bu məsələdə özünün sınamaq potensialı var. Əlbəttə, biz burada Hindistanla Çin arasında olan diplomatik rəqabəti də qeyd etməliyik. Hindistan Çin kimi bu məsələlərdə aktiv rol almağa çalışır. Buna görə də, alternativ diplomatik təşəbbüs ortaya qoyur.

Zaur İbrahimli: “Gözləmək olar ki, BRİKS-in sammitindən Hindistanın təklifləri və təşəbbüsləri səsləndirilsin”.

Rəsmi Dehli hər hansısa təkliflər paketindən söz açmayıb. Lakin ola bilməz ki, dünyanın diqqət mərkəzi olan və bir çox ölkələrin vasitəçi olmaq istəməsi məsələsində Hindistanın öz yanaşması olmasın. Hələlik, onlar bunu ictimai şəkildə açıqlamırlar və gizli saxlanılır. Gözləmək olar ki, BRİKS-in sammitindən Hindistanın təklifləri və təşəbbüsləri səsləndirilsin.

Hər halda Kiyevin Hindistana etibar etməsinə daha çox əsası var. Ola bilər ki, Rusiyanın da müəyyən təkliflərini, baxışlarını Hindistan tərəfi Ukraynaya çatdırsın. Çünki Hindistan doğrudan da hazırda qlobal arenada aparıcı oyunçudur. Güman etmək olar ki, Hindistan rəhbərinin Ukraynaya səfəri sıradan bir hadisə deyil. İstisna deyil ki, ölkələr arasında Ukraynanın Kurska hücumu ilə dayandırılmış pərdəarxası danışıqlara yeni bir təkan verilə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

İdarə rəisi Ramanada torpaqların zəbt edilməsi və tikinti aparılmasına görə həbs edilib

Ən çox oxunanalar