Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çindən Rusiyanın təhdidlərinə reaksiya: Nüvə müharibəsində qalib gəlmək mümkün deyil...

Çin Xarici İşlər Nazirliyi Rusiya güclərinin təkrar nüvə təhdidlərinə cavab olaraq, Moskvaya nüvə müharibəsinin qalib gələ bilməyəcəyini xatırladıb və bütün tərəfləri strateji riskləri azaltmaq üçün təmkinli olmağa çağırıb...

Poliqon xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Ukrinform müxbirinin sualına cavab olaraq bildirib.

Sual Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Moskvanın nüvə silahından istifadə hallarının siyahısını genişləndirmək üçün nüvə doktrinasına dəyişiklik etmək planları barədə bazar günü bəyanatı ilə bağlı olub.

"Biz bu bəyanatı gördük. Çin dəfələrlə vurğulayıb ki, nüvə silahı nüvə müharibəsinə başlamaq üçün istifadə edilə bilməz, nüvə silahı müharibə aparmaq üçün istifadə edilə bilməz", deyə Mao bildirib.

O xatırladıb ki, 2022-ci ilin yanvarında beş nüvə dövlətinin - ABŞ, Çin, Böyük Britaniya, Fransa və Rusiya liderləri birgə bəyanat yayaraq, nüvə müharibəsində heç kimin qalib gələ bilməyəcəyini və buna yol verilməməli olduğunu vurğulayıblar.

"Mövcud şəraitdə bütün tərəflərin sakitliyi, təmkinli davranması və vəziyyəti sakitləşdirmək, deeskalasiyanı təşviq etmək, dialoq və məsləhətləşmələr vasitəsilə strateji riskləri azaltmaq üçün birgə çalışması vacibdir", deyə diplomat bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar günü TASS agentliyinə müsahibəsində bildirib ki, Rusiya nüvə doktrinasını son illərdəki münaqişələrin təhlili və Ukraynadakı müharibə ilə bağlı Qərbin qondarma "eskalasiya kursu" əsasında dəyişəcək.

O, təklif olunan dəyişikliklərin təfərrüatlarını açıqlamayıb, lakin bildirib ki, hazırda müvafiq sənədin yekunlaşdırılması prosesi gedir, lakin onun tamamlanmasının konkret şərtləri və yenilənmiş nüvə doktrinasının qəbulu barədə danışmaq hələ tezdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Ən çox oxunanalar