ABŞ prezidenti Co Bayden yaxın günlərdə Qəzza zolağında atəşkəs razılaşmasının yekun variantını təqdim etmək niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, müvafiq məlumat bazar günü Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən girov götürülən Amerika vətəndaşlarının ailələri ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə onlayn görüş zamanı açıqlanıb.
“Axios” qeyd edir ki, Bayden bazar ertəsi milli təhlükəsizlik komandası ilə bu sahədə səyləri müzakirə etməyi planlaşdırır.
İsrail və HƏMAS-ın Baydenin yeni təklifinə cavab vermək üçün bir həftə vaxtının olacağı bildirilir.
Poliqon.info