Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan həbsxanalarında antirekord - Məhbus sayı 2014-cü ilin göstəricilərini ötüb

Gürcüstanda məhbusların sayı antirekorda imza ataraq 2014-cü ilin göstəricisini ötüb. 2024-cü il avqustun 1-nə Gürcüstan həbsxanalarında 10 419 nəfər olub...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

İlk dəfə olaraq 2024-cü ilin aprelində məhbusların sayı 10 mini ötüb. 2011-ci ildə həbsxanalarda 24 114 nəfər var idisə, 2012-ci ildə amnistiya elan edildikdən sonra məhbusların sayı 9 093 nəfərə düşüb və 2014-cü ildə 10 372 nəfərlik pik həddindən sonra sonrakı illərdə 9,8 mini keçməyib.

Gürcüstanda məhbusların ümumi sayı avqustun 1-nə ölkə əhalisinin 0,28%-ni təşkil edib. Eyni zamanda, təxminən 3,1 min məhbusun ikinci və ya daha çox cəzası var.

Gürcüstanda avqustun 1-nə olan 14 həbsxananın hamısı 84,5% dolu olub. Məhkumların ümumi sayından yalnız 17%-i hələ də öz cəzasını gözləyir, qalanları isə artıq müxtəlif müddətlərə məhkum ediliblər.

Müxtəlif cinayətlərə görə məhkum olunanların əsas hissəsini 31 yaşdan 49 yaşa qədər olan şəxslər təşkil edir. Bununla belə, Gürcüstan həbsxanalarında 52 azyaşlı və 70 yaşdan yuxarı 64 nəfər cəza çəkir.

Avqustun 1-nə Gürcüstanda təxminən 1,9 min nəfər olan cəzasını gözləyənlərə gəlincə, burada da 31-49 yaş kateqoriyası öndədir. Bundan başqa, 25 azyaşlı və 70 yaşdan yuxarı 12 nəfər cəzasını gözləyir.

Gürcüstanda məhkum olunanların əksəriyyəti xüsusilə ağır cinayətlərə görə həbsdədir. Onların əsas hissəsi iqtisadi cinayətlərə və insanlara qarşı cinayətlərə - adam öldürməyə və sağlamlığa zərər vurmağa görə həbsdədir.

Eyni zamanda, xüsusilə yüksək risk qrupuna daxil olan şəxslər üçün cəzaçəkmə müəssisəsində 212 məhkum var. Qalan məhbuslar qapalı və yarıaçıq həbsxanalar arasında bölüşdürülür.

Ümumilikdə, 2024-cü il avqustun 1-nə Gürcüstan həbsxanalarında 56 xarici ölkənin 1016 vətəndaşı var ki, bu da məhkumların ümumi sayının 9,8%-ni təşkil edir. Eyni zamanda 313 nəfər cəzasını gözləyir, qalanları isə artıq müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Ən çox oxunanalar