Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

“No War” kimi tanınan təxribatçı dəstənin bir üzvü olan Bəhruz Səmədov 2020-ci ildən, yəni Vətən Müharibəsi dövründən başlayaraq Ermənistan Respublikasının Xüsusi Xidmət Orqanları nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib...

“Report”un məlumatına görə, bu barədə Baku TV-nin süjetində deyilir.

Bildirilib ki, həmin dəstənin üzvləri özlərini hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq ölkə üçün məsul dövrlərdə əsasən erməniləri və Ermənistanın Azərbaycana təcavüzünü müdafiə edib, Qarabağdakı separatçıları dəstəkləyiblər.

Qeyd edilib ki, B.Səmədovun əlaqəyə girdiyi şəxslər arasında İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar:

“Adlarını çəkdiyimiz şəxslərdən Lilit Şahverdiyanın üzərində xüsusi durmağa ehtiyac var. Azərbaycanın vaxtı ilə işğalda olan Qarabağ bölgəsindən olan bu qızcığaz Parisdə siyasi araşdırmalar İnstitutunda maqistr təhsili alıb. Hətta onu sözügedən İnstituta qəbulu münasibətlə öz “X” hesabında Fransanın Ermənistandakı səfiri Olive Dekotini də təbrik edib”, - süjetdə deyilir.

Bundan başqa vurğulanıb ki, Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur.

Ermənistan Xüsusi Kəşfiyyat Xidməti məhz Fransa tərəfindən qurulub və inkişaf etdirildiyi nəzərə alınsa Lilitin Ermənistan xüsusi xidmət orqanlarına təsadüfən cəlb olunmadığı aydın olur”.

Süjetdə deyilir ki, Bəhruz Səmədov adı çəkilən Ermənistan Respublikası vətəndaşlarının tapşırığına əsasən Azərbaycanla Ermənistan arasında həmsərhəd rayonları və Qarabağ iqtisadi rayonunda baş verən vacib proseslər barədə məlumatlar toplayaraq həmin şəxslərə təqdim edib. Bundan başqa həmin tapşırıqların yerinə yetirilməsi çərçivəsində Bəhruz Səmədov Azərbaycan ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq sosial şəbəkə platformalarındakı müxtəlif hesablarında paylaşıb:

Ermənistan Xüsusi Xidmət Orqanlarına işləyən İrina Safaryanla vatsap mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qayıdışı ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib”.

Süjetdə bildirilir ki, Ermənistan Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq edən Lilit Şahverdyanın “Lilit Stepanakert” adlı teleqram kanalı ilə apardığı yazışma zamanı isə Şahverdiyandan konkret tapşırıq alan Bəhruz Səmədov, ona şəkili göndərilən Azərbaycan vətəndaşı barədə məlumatlar toplayaraq Ermənistan tərəfə ötürməklə Azərbaycan əleyhinə, düşmənçilik məqsədi ilə xarici dövlətə casusluq edib, xarici dövlətin təşkilat və nümayəndələrinə kömək göstərməklə Azərbaycan dövlətinə xəyanət edib.

“Bundan əlavə olaraq Bəhruz Səmədov vaxtı ilə Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti və bölgədə baş verən diqqətçəkən proseslər, həmçinin Azərbaycandakı radikal dini cərəyanlar, o cümlədən “Hüseyniyyun” cinayətkar birliyinin fəaliyyəti və üzvləri barəsində məlumat toplamaq tapşırığı aldığı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Yegiya Taşjyan adlı şəxsə onun tapşırığına uyğun topladığı geniş informasiyanı təqdim edib”.

Bildirilib ki, qeyd olunan konkret əməllərin araşdırmalar nəticəsində ifşasından sonra Bəhruz Səmədov 21 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılıb, 23 avqust 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət maddəsi ilə 4 ay müddətinə həbs edilib.

Baku TV-nin materialında vurğulanır ki, Bəhruz Səmədovun Azərbaycan əleyhinə fəaliyyəti yalnız qeyd edilənlərlə bitmir:

“O, Erməni diasporu tərəfindən Praqada “Azərbaycan dövləti tərəfindən Qarabağda etnik təmizləmə aparılması, erməni mədəni irsinin məhv edilməsi” mövzusunda təşkil olunan tədbirdə iştirak edərək Ermənistan dövlətinin maraqlarına xidmət edən və ölkəmiz əleyhinə yönələn fikirlər səsləndirmiş, o cümlədən həmin tədbirdə iştirak edən zaman təsisçisi olduğu “SAMQ” teleqram qrupuna “milli kimliyimdən və qanımdan utanıram, Azərbaycanlıların ermənilərə etdiklərinə görə onlardan üzr istəyirəm, Azərbaycanda yeganə pozitiv hərəkat birbaşa Azərbaycan adlı dövlətə və kimliyə qarşı olmalıdır” məzmunlu mesajlar yazaraq, dövlətə qarşı təbliğat təşkil edib”.

Materialda bildirilir ki, Bəhruz Səmədov 26 may 2024-cü ildə Erməni kilsəsi tərəfindən Praqada təşkil olunmuş digər tədbirə də eyni məqsədlə cəlb olunmuş, orada da eyni mövqedən çıxış edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar